17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
PREZİDENT İLHAM ƏLİYEV İSLAHATLARIN YENİ HƏDƏFLƏRİNİ MÜƏYYƏNLƏŞDİRDİ
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı 2015-ci ildə neftin qiymətinin aşağı düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini söyləyərək bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirdi.
2016-cı ildə pensiya və əməkhaqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu.
2016-cı ildə struktur islahatlarının aparılacağını, çevik idarəetmə mexanizmlərinin yaradılacağını və bununla bağlı yaxın vaxtlarda addımların atılacağını deyən Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafında və bu sektorda şəffaflığın təmin edilməsinin vacibliyindən danışdı, turizm və nəqliyyat sektorunun inkişafının diqqət mərkəzində saxlanılacağını dedi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənın fikrincə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti İlham Əliyevin çıxışı bir daha göstərir ki, devalvasiyadan sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur. Onun sözlərinə görə, artıq devalvasiyanın yaratdığı müəyyən çətinlikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülmək ərəfəsindədir.
Aydın Mirzəzadə deyir ki, ilk növbədə pensiyaların və əməkhaqlarının qaldırılması ilə bağlı təkliflərin hazırlanması Prezident tərəfindən hökumət qarşısında əsas məsələ kimi qoyuldu: “2016-cı ildə pensiya və əməkhaqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra hakimiyyəti başçıları qarşısında tələb qoydu. Ona görə hesab edirəm ki, bu kimi tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq. Buna heç kimin şübhəsi olmasın”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin iclasdakı inamlı çıxışı, hadisələrə düzgün qiymət verməsi, Azərbaycan hökumətinin görəcəyi işləri açıqlaması son günlər manatın devalvasiyası ilə bağlı yaranmaqda olan ajiotajın aradan qaldırılmasına, xalqın rahat həyat şəraitinin davam etdirilməsinə ciddi bir təkan oldu: “Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının keçirilməsi ölkənin sosial-iqtisadi həyatı üçün çox önəmlidir. Burada təkcə 2015-ci ildə görülən işlərə yekun vurulmadı, həm də 2016-cı ildə qarşıda duran vəzifələr, xüsusilə ümumdünya maliyyə-iqtisadi, hərbi-siyasi böhran, neftin qiymətinin aşağı düşməsi, dünyada iqtisadi-sosial gərginliyin olduğu dövrdə Azərbaycanın yeni hədəfləri müəyyənləşdi”.
Komitə sədrinin müavini deyir ki, manatın devalvasiyası birbaşa Azərbaycan iqtisadiyyatı ilə bağlı məsələ deyil. Bu, dünyadakı iqtisadi proseslərdən, bu proseslərə təsir edəcək siyasi və hərbi vəziyyətin təsirindən doğan məsələdir. Bu, iqtisadiyyatı neft üzərində qurulan dövlətlərdə isə daha kəskin şəkildə öz təsirini göstərir. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxlu potensialı var: “Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan xarici investorlar üçün maraqlı və cəlbedici ölkədir. Ona görə biz istər daxili, istərsə də xaricdən cəlb olunacaq investisiyaların hesabına qeyri-neft sektorunu daha da inkişaf etdirəcəyik. Yəqin ki, bu gərginlik və çətinlik yaxın müddətdə aradan qalxacaq və Azərbaycan uğurlu inkişafını yenə də davam etdirəcək”. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin öncədən uzaqgörənliklə müəyyən etdiyi qeyri-neft sektorunun inkişafının nə qədər önəmli olduğu bu gün göz qabağındadır: “Cənab Prezident 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramın qəbul olunması ilə əlaqədar sərancam imzalayanda artıq qeyri-neft sektorunun inkişafının Azərbaycan üçün önəmi və dövlətin strateji xətti olduğu üzə çıxmışdı. Ötən illlər ərzində qeyri-neft sektoru inkişaf etdi. Bu gün Azərbaycanda İKT, kənd təsərrüfatı, nəqliyyat və turizm, inşaat və tikinti və s. sektorlarda böyük inkişaf var. Prezidentin dediyi kimi, bunlar bizə əsas verir ki, gələcək illərdə Azərbaycan tam neftdən asılı olmayan bir ölkəyə çevrilsin”.
Musa Quliyev qeyd etdi ki, Prezident İlham Əliyevin göstərişləri cari dövr üçün olduqca aktualdır: “Xüsusilə, dövlət başçısının pensiya və əməkhaqlarının artırılması ilə bağlı göstərişlərini qeyd etmək istəyirəm. Dövlət başçısı onların xaotik şəkildə deyil, bazarı, gələcək proqnozları öyrənməklə artırılmasının vacibliyini vurğuladı və hökumətə tapşırığını verdi. Eyni zamanda, insanlarda olan narahatçılığı da aradan qaldırdı. Bildirdi ki, dövlət həmişə olduğu kimi, öz vətəndaşının yanında olacaq”.
Deputat hesab edir ki, ilin başlanğıcında verilən bu tapşırıqlar lazımi qaydada icra olunacaq və iqtisadi gərginliyi aradan qaldıracaq. Azərbaycan davamlı inkişaf yolunu bundan sonra da inkişaf etdirəcək.
Rəşad BAXŞƏLİYEV