SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İslahat dalğasının yeni “qurban”ları:Siyahıda kimlər var?

8-06-2017, 10:31 | Oxunub: 7 831 |

İslahat dalğasının yeni “qurban”ları:Siyahıda kimlər var?

Prezident Administrasiyasında ciddi kadr dəyişiklikləri struktur islahatlarının davamı kimi qiymətləndirilir. Hesab edilir ki, iqtidarın islahat niyyəti ciddidir və proses davamlı olacaq. Maraqlıdır ki, uzun zaman Administrasiyada yüksək post tutan bəzi məmurlar belə yeni formalaşan kabinetdən kənarda qaldı. Ekspertlər hesab edir ki, növbəti mərhələdə dəyişikliklərin hədəfi Nazirlər Kabineti, bir sıra nazirliklər və icra hakimiyyətləri olacaq.Referendumdan sonra vitse-prezidentlik institutunun yaradılması əslində növbəti mərhələlərdə ciddi kadr və struktur islahatlarının aparılmasını zəruri edir.Çünki idarəetmə yeni konstitusiyaya uyğunlaşdırılmalıdır.

İslahat dalğasının yeni “qurban”ları:Siyahıda kimlər var?
Bəs hədəfdə hansı məmurlardır? Əslində bu sualın konkret bir cavabı yoxdur. Çünki məlumdur ki, hər bir məmurun arxasında onu qoruyan bir “əl” dayanır. Lakin bu dəfə heç bir islahat komandasına uyğunlaşa bilməyən, köhnə idarəçilik metodlarından əl çəkə bilməyən güc həmin şəxləri qoruya bilməyəcək. “Vurulacaq” növbəti fiqurların Prezident Administrasiyasının yeni strukturunda yer almayan Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və sabiq köməkçi Tariyel Ağayevin kadrları olacağı deyilir.

Qeyd edək ki, hökumət rəsmiləri artıq ilin əvvəlindən ciddi islahatların baş verəcəyi anonsunu verirdilər. Bu müddət ərzində bir sıra iri məmurların vəzifəsini itirməsi, bəzi qurumların birləşdirilməsi ictimaiyyətin diqqətini cəlb edən əsas amillərdən oldu. Buna sübut olaraq Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsini göstərmək olar. Sərəncama qədər heç kim Nəqliyyat Nazirliyinin ləğv olunacağını gözləmirdi. Ancaq reallıq ondan ibarətdir ki, bu baş verdi. Digər tərəfdən idarəetmənin təmərküzləşməsinə ciddi ehtiyac var. Büdcə xərclərinin gəlirləri üstələməsi bir sıra islahat addımlarının atılmasını və idarəetmənin təkmilləşdirilməsini zəruri edir.

Bu baxımdan büdcə təşkilatlarının da radikal islahatların hədəfinə tuş gələcəyi istisna edilmir. Digər tərəfdən Hesablama Palatasının müəyyən dövrlərdə büdcə vəsaitini mənimsəyən qurumların (oxu:Mədəniyyət və Turizm Nazirliyi, 14 icra hakimiyyəti və bir sıra regional maliyyə qurumları) siyahısını ictimaiyyətə təqdim etdi. Bu siyahı geniş müzakirə predmetinə çevrildi. Bu gün formalaşan yeni komandanın tərkibində yer ala bilməyən yüksək çinli məmurların da məhz bunun qurbanına çevrildiyi iddia olunur. Hər bir halda artıq hökumət prosesə start verib və yaxın gələcəkdə kimlərin öz postunu itirəcəyinin şahidi olacağıq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR