18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Hakimiyyət iki komitə ləğv edib ASAN xidmətə verir - ÖZƏL
Hazırda bütün dövlət qurumlarında oxşar funksiyalarla bağlı araşdırma aparılır. Belə ki, bir çox qurumlarda eyni funksiya daşıyan idarələr, şöbələr var. Onların ləğvi və ya birləşdirilməsi gündəmdədir...
Daxil olan məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, və Statistika Komitəsinin ləğvi planlaşdırılır.
Yaranmış vəziyyətdə məntiqlə hökumət ciddi qənaət rejiminə keçməlidir. Azərbaycan iqtisadiyyatında ciddi struktur islahatları aparılmalıdır.
Bir-birini təkrarlayan qurumlar ləğv edilməli, eyni zamanda vacib olan yeni institular yaradılmalıdır. Azərbaycanda bir-birini təkrarlayan eyni qurumlar hələ də qalmaqdadır.
Adıçəkilən hər iki komitənin də fəaliyyəti büdcə üçün izafi xərc kimi qiymətləndirilir. Onların səlahiyyəti Bakı şəhər İcra Hakimiyyətinə verilə bilər. Habelə, hər iki komitənin ASAN xidmətə verilməsi də istisna edilmir.
Bununla büdcəyə ciddi şəkildə qənaət edilmiş olacaq. Sözügedən qurumlarda kütləvi ixtisarların olacağı da istisna edilmir.
Onların ayrı-ayrılıqda fəaliyyətinin israfçılığa səbəb olması özünə yaxın qurumlarla birləşdirilməsinə zərurət yaradıb.
Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb edir.
Cənab İlham Əliyev ölkə prezidenti seçildikdən sonra həm yeni nazirliklər yaradıb, həm də ayrı-ayrı nazirliklərin təkrarlığını aradan qaldarmaq üçün birləşmə prosesi gedib, bəziləri ləğv edilib.
Prezident həmişə çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. İndi yaranmış situasiya elədir ki, bu məsələyə daha ciddi əhəmiyyət verməyi önə çəkən ölkə prezidenti yəqin ki, yaxın günlərdə atacağı addımlarla söyləmiş olduğu fikirlərin konkret nəticələrini cəmiyyətə təqdim edəcəkdir.
Bu da ölkənin idarə olunmasına öz töhvəsini verəcək. Neftin ucuzlaşması və kəskin devalivasiya bu istiqamətdə işlərin daha sürətlə getməsinə takan vermiş olub. Dövlət idarəetmə xərcləri kəskin formada azaldılmalıdır. Eyni zamanda qeyd edir ki, politika.az hökumətin bir sıra strukturları ixtisar olmalıdır. Bəzi nazirliklər birləşdirilməlidir. Bu bir neçə istiqamətdə davam edən proses olmalıdır. Bu islahatlar qaçılmazdır.
Emtv.az