SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Deputatın ideyası çin olur: Yavər Camalovun da nazirliyi ləğv edilir - Pərdəarxası

20-12-2016, 13:15 | Oxunub: 12 274 |

Deputatın ideyası çin olur: Yavər Camalovun da nazirliyi ləğv edilir - Pərdəarxası
Müdafiə Sənayesi Nazirliyi ləğv oluna bilər

Bu barədə Emtv.az politika.az-a istinadən xəbər verir ki, struktur islahatları paketində bu məsələ də nəzərdə tutulur.

Yavar Camalovun rəhbərlik etdiyi nazirliyin Müdafiə Nazirliyinə birləşdirilməsi təklif olunur və bu islahatın reallaşması kifayət qədər real görünür.

Hökumətin iqtisadi böhranla əlaqədar qənaətə keçməsi bir-birini təkrarlayan və ya ayrılıqda fəaliyyəti izafi xərc yaradan qurumların ləğvini aktuallaşdırıb.

Hakimiyyətin üst mərtəbəsində gedən müzakirələrdə bu nazirliyin ləğv olunaraq Müdafiə Nazirliyinin tabeliyinə verilməsi, ixtisarların aparılması gündəmə gəlib. Bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc da belə bir təklif səsləndirib.

Bitərəf deputat Müdafiə Sənayesi Nazirliyinin mövcud iqtisadi şəraitdə ləğv olunaraq, başqa nazirliyə birləşdirilməsini mümkün sayıb:

“Hazırki dövrdə dövlət idarəetmə sistemində aparılan islahatlar çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin başqa nazirliyə, məsələn, İqtisadi İnkişaf yaxud Müdafiə nazirliklərindən birinə birləşdirilməsini normal qarşılayaram.

Mahiyyət etibarilə Müdafiə Sənayesi Nazirliyi bir sənaye qrupudur və çoxsaylı zavodlardan ibarətdir. Onun nazirlik statusu daşımasını qoy hökumət üzvləri gözdən keçirsinlər”.

Müdafiə Sənayesi Nazirliyi ölkə başçısının 16 dekabr 2005-ci il sərəncamı ilə yaradılıb. Elə həmin vaxtdan Nazirliyə Yavər Camalov rəhbərlik edir.

Yerli mətbuatın xəbərə görə, Y.Camalov bu qərarı böyük bir hiddətlə qarşılayacaq. Onun nazir kimi səlahiyyətinə son verilməsi iqtidarda tutduğu mövqeni və dayaqları itirməsi deməkdir. Nazir indiki şəraitdə bu postu əldən buraxmaq istəməz.

Son illərdə Azərbaycanda hərbi sənayenin qurulmasına və inkişafına külli miqdarda dövlət vəsaiti xərclənib. Amma hökumətdə bu vəsaitlərin müqabilində görülən işlərdən razı qalmayanlar kifayət qədərdir.

Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməli və səlahiyyətlərinin əsasən İqtisadiyyat Nazirliyinə verilməli olduğunu müstəqil iqtisadçı ekspertlər də təklif edirlər. Amma Müdafiə Nazirliyinə birləşdirilməsi də real variantdır.

Müşahidələr göstərir ki, Camalov məhz bu posta yüksəldikdən sonra onun şəxsi biznesi daha da böyüyüb. Hazırda onun biznes imperiyasın çoxsaylı şadlıq sarayları, restoranlar, ticarət obyektləri daxildir.

Bunun hansı maliyyə qaynaqları hesabına baş verdiyi isə müzakirə və mübahisə obyektidir.

Prezident ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə bəyan edib ki, hökumət qənaət rejiminə keçib və neft dövrü geridə qalıb. Eyni zamanda prezident İlham Əliyev də bildirmişdi ki, qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir və neft dövrü artıq keçib.

Bu günlərdə isə YAP-şı deputat Siyavuş Novruzov struktur islahatlarının vacibliyini vurğulamışdı və bəzi qurumların ləğv ediləcəyinin anonsunu vermişdi.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR