SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ətdən sonra növbə unda: Bahalaşma dalğası gəlir

7-07-2017, 14:43 | Oxunub: 6 567 |

Ətdən sonra növbə unda: Bahalaşma dalğası gəlir
Akif Nəsirli: “Un və un məmulatlarının qarşıdakı aylarda bahalaşacağı daha inandırıcıdır”

Yaxın günlərdə un, çörək, yem, ət, süd, yumurta və bir sıra ərzaq məhsullarının bahalaşması gözlənilir. Artıq ölkə bazarlarında ət və ət məhsullarının qiymətlərində artım müşahidə olunur. Yaxın aylarda yenidən ət və digər ərzaq malları bahalaşacaq. Ekspertlərdən birinin açıqlamasına görə, dünya bazarında ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ili yanvar ayında 137 dollar olduğu halda, bu gün 206,22 dollar təşkil edir. Onun sözlərinə görə, Azərbaycan özünün ərzaq buğdasına olan ehtiyacını tam idxalın hesabına ödəyir. Keçən il ölkəyə 1 milyon 599 min ton buğda idxal olunub. Bu səbəbdən əsasən unun, çorəyin, yemin, ətin, südün, yumurtanın qiymətlərində ciddi artım istisna olunmur.

İqtisadçı-ekspert Akif Nəsirli mətbuata açıqlamasında bahalaşmanın olacağını istisna etməyib. Hətta deyib ki, bu artımın yaxın günlərdə şahidi olacağıq: “Azərbaycanda qiymət artımı prosesi davamlı olaraq son illərdə gedir. Sözsüz ki, proses hələ də davam etməkdədir.Qarşıdakı vaxtlarda da bu prosesin dayanma ehtimalı çox azdır.Amma prosesə dünya bazarında gedən amillər də təsir edir. Bu məsələdə əsasən un məmulatlarından söhbət gedir. Un və un məmulatlarının qarşıdakı aylarda bahalaşacağı daha inandırıcıdır. Çünki Azərbaycan bazarında buğdanın qiyməti artır.Ölkənin daxili tələbatının əsas hissəsini idxal təmin edir.Dəfələrlə elan olunur ki, ölkədə istehsal olunan ərzaq buğdası yerli tələbatı ödəyir.Hətta statistikaya əsasən yerli tələbatdan artıq ərzaq buğdası istehsal olunur.İdxal statistikasına baxanda, Azərbaycanın ərzaq buğdasına olan tələbatının yarıya qədər deyil.Ehtimal olunur ki, digər sahələrdə də olduğu kimi ölkədə ərzaq buğdasının istehsal rəqəmlərində şişirtmələr var. Söhbət artıq o şişirtmədən getmir.Söhbət ondan gedir ki, Azərbaycanın ərzaq buğdasına olan daxili tələbatının böyük bir hissəsini idxal ödəyir.İdxal da xarici ölkələrdə beynəlxalq bazar qiymətlərinə uyğun alınmış ərzaq buğdasıdır. O da ölkəyə gətiriləndə bahalaşmış qiymətlərlə daxil olacaq”. Ekspert qeyd edib ki, artıq məhsul mövsümüdür və buğda yığımı gedir. Digər kənd təsərrüfatı məhsullarının da mövsümüdür: “Ola bilsin ki, qiymət artımını biz kənd təsərrüfatı mövsümünün sonunda daha qabarıq şəkildə müşahidə edəcəyik. Hesab etmirəm ki, iyul-avqust aylarında ciddi artım qeydə alınacaq.Çox ehtimalla bazarlarda bahalaşmanın qabarıq şəkildə baş vediyini sentyabr ayının ortasından sonra görəcəyik”.

Ət və ət məhsullarının yenidən bahalaşacağına gəlincə, Akif Nəsirli əlavə edib ki, əsasən yay aylarında bu məhsula tələbat az olsa da, artıq ötən ayın ikinci yarısından başlayaraq diri heyvanın qiymətində 25-30 faiz bahalaşma qeydə alındı: “Ölkənin ətə olan tələbatını ödəyən bazarlarda qiymət qalxıbsa, ətin də qiyməti sözsüz ki, yenidən bahalaşacaq.Həmçinin diri heyvanların bahalaşması da ətin qiymətinə təsir edir.Bu təsirlər davamlı olacaq.Belə mövsümlərdə adətən, ətin qiyməti sabitləşir, aşağı düşür.Amma hazırda ətin qiymətində bahalaşma var ki, bu da otun, yemin qiymətindəki bahalaşma ilə bağlıdır.Yemlik kimi heyvanlara verilən yemlərin xeyli hissəsi həm də xaricdən idxal olunur.Bütün bunların ölkənin sərhədləri daxilində istehsalını və xaricdən asılılığını aradan qaldırmaq mümkündür.İlk növbədə bunun üçün Dövlət Proqramlarına ehtiyac var. Dövlət bu məsələlərə inzibati qaydalarla deyil, stimullaşdırıcı yollarla müdaxilə etməlidir.İndiki kimi müvafiq qaydada kimlərəsə pambıq, taxıl əkdirmək, heyvan saxlatdırmaq deyil, eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalını stimulaşdırmağa çalışmalıyıq.Onlara şərait yaratmalıyıq və özləri hansı sahəni seçməli olduqlarına qərar verməlidirlər.İkinci problem ondan ibarətdir ki, kəndliyə diktə olunur.Bu da olmalıdır.Dövlət və strateji məhsulların istehsalı üçün kəndliyə, fermerə təsir etmək lazımdır. Amma bu təsirlərin hamısı stimullaşdırma üzərində qurulmalıdır.Elə etmək lazımdır ki, fermerlər o məhsulları istehsal etməyə maraqlı olsunlar.

Məktəbi bağlayıb uşaqları pambığa aparmaq, bu, düzgün metod deyil. O nəyə xidmət edir, heç mən də anlamıram. Nə qədər ki, stimullaşdırma metodu ortada yoxdur, kənd təsərrüfatı məhsullarının inkişafından söhbət gedə bilməz.Yerlərdə fəaliyyət göstərən fermerlər Bakıda nazirlikdə oturan mütəxəssislərdən yaxşı bilir ki, onun ərazisində hansı məhsul yaxşı inkişaf edə bilər və məhsul verə bilər. Ona görə də ilk növbədə hökumət olaraq onların bilgilərinə, edəcək seçimlərinə güvənməliyik.Bu üsulla hər şeyə nail ola bilərik. Çünki Azərbaycan əhalisinin 60 faizindən çoxu kənd təsərrüfatı işlərinə malik işçi qüvvəsidir.Yoxsa ki, zaman keçdikcə həmin işçi qüvvələri qocalacaq və gələn gənclərin isə elə vərdişləri yoxdur.İndiki şəraitdən və mövcud olan işçi qüvvəsindən istifadə etmək lazımdır”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR