SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENT 100 MİLYONLARIN HARA GETDİYİNİ ARAŞDIRTDIRIR – Taxıl müəmması

11-04-2017, 09:37 | Oxunub: 10 064 |

PREZİDENT 100 MİLYONLARIN HARA GETDİYİNİ ARAŞDIRTDIRIR – Taxıl müəmması
Prezident İlham Əliyev taxılçılığın inkişafına yönəldilmiş irihəcmli subsidiyalara baxmayaraq Azərbaycanın özünü hələ də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini araşdırmaq üçün kosmik peyki işə salmaq göstərişi verib. Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, prezident bu məsələyə ötən gün aprelin 10-da Nazirlər Kabinetinin yığıncağındakı çıxışı zamanı toxunub.

Xatırladaq ki, prezident İlham Əliyev hələ illər əvvəl ərzaq təhlükəsizliyinin təmin edilməsi strategiyasının tərkib hissəsi kimi hökumətin qarşısında ölkənin ərzaq buğdasına olan tələbatın daxili istehsal hesabına ödənilməsi vəzifəsini qoyub. Və hər il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan subsidiyaların böyük hissəsi də məhz taxılçılığa yönəldilir. Ən azından Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı statistik rəqəmlərə görə bu, belədir. Lakin bu sahədə vəziyyət prezidenti qane etmir.

PREZİDENT 100 MİLYONLARIN HARA GETDİYİNİ ARAŞDIRTDIRIR – Taxıl müəmması
Prezidentin çıxışından sitat: “Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır”.

Qeyd edək ki, Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı 1.7 milyon tondur. Ötən il kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, ölkədə 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılıb. Kənd Təsərrüfatı Nazirliyindən ötən il virtualaz.org saytına verilən açıqlada deyilirdi ki, avqust ayında artıq 2.8 milyon ton taxıl tədarük edilib. Başqa sözlə, həmin rəqəmə inansaq ötən il üçün ölkədə taxıl istehsalının Heydər Əsədovun səsləndirdiyi proqnoza tam uyğun olduğunu əminliklə demək olardı.

PREZİDENT 100 MİLYONLARIN HARA GETDİYİNİ ARAŞDIRTDIRIR – Taxıl müəmması
Lakin Dövlət Gömrük Komitəsinin elə həmin vaxtlarda açıqladığı statistikada göstərilirdi ki, ölkəyə hər ay təxminən orta hesabla 100 min ton taxıl idxal olunur. Başqa sözlə, Azərbaycanın ərzaq buğdasına olan tələbatının az qala hamısı idxal hesabına təmin edilir. Çünki Dövlət Statistika Komitəsinin məlumatlarına görə, il ərzində 1,2 milyon ton çörək istehsal olunur. Bu qədər çörək istehsalı üçün təxminən 900 min ton buğda kifayət edir. Bəs o zaman ölkədə istehsal olunan 3 milyon ton taxıl hara gedir və əgər doğrudan da bu qədər taxıl istehsal olunursa niyə onu un istehsalında istifadə etmirlər?

Ekspertlərin fikrincə əvvəla 3 milyon ton taxıl istehsalı barədə deyilənlər tamamilə şişirtmədir və Azərbaycanda heç bu qədər taxılı saxlamaq üçün anbar da yoxdur. İkincisi, ölkədə istehsal edilən taxıl ərzaq buğdası üçün standartlara o qədər də uyğun gəlmir və nəticədə un istehsalçıları idxal buğda ilə işləməyə üstünlük verirlər. Digər səbəb isə taxıl əkilən sahələrin təxminən 500 min hektarında sürətlə şoranlaşmanın getməsi, bunun isə məhsul istehsalına və keyfiyyətinə mənfi təsir göstərməsi ola bilər. Hər halda ötən il dövlət büdcəsindən kənd təsərrüfatına ayrılan 600 milyon manata yaxın subsidiyanın əsas hissəsinin taxılçılığa yönəldildiyi və nəticənin bu cür ziddiyətli olduğu halda prezidentin məsələnin araşdırılmasına kosmik peyki də cəlb etməsi təəcüblü deyil…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR