SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda taxıl məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilir

10-10-2016, 08:39 | Oxunub: 9 175 |

Naxçıvanda taxıl məhsullarına olan tələbat daxili imkanlar hesabına ödənilirMuxtar respublikamızda əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahəsini təşkil edir. Çünki bu sahə əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Naxçıvanda taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi cari ilin ötən dövrü ərzində də davam etdirilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər ciddi şəkildə nizama salınıb. Muxtar respublikaya yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya işlərinin görülməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il əvvəlki illə müqayisədə daha çox taxıl məhsulu əldə olunur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, 2016-cı ildə 31579 hektar sahədən taxıl tədarük olunub. Bunun da 30298 hektarı payızlıq, 1281 hektarı yazlıq taxıldır. Taxıl zəmilərinin 26795 hektarını buğda, 4784 hektarını isə arpa təşkil edib.

Aqrar sektora göstərilən dövlət dəstəyi öz uğurlu nəticələrini verib və bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına səbəb olub. Məhz bu baxımdan taxılın strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq 2000-ci ildən ötən müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat dövlət maliyyə dəstəyi göstərilib.
Taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb. Son illər istehsal edilən taxılın tədarük olunması və saxlanılması üçün “Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbar­ları istifadəyə verilib. Hazırda muxtar respublikada 15 tахıl еmаlı müəssisəsi mövcuddur.
1 yanvar 2016-cı il tarixə anbarlarda 14.768,68 ton taxıl və 580,0 ton un mövcud olub, 1 yanvar 2016-cı il tarixdən 3 oktyabr 2016-cı il tarixədək 26.788,69 ton taxıl tədarük edilib, 16.343,74 ton taxıl istehsal və ticarət obyektlərinə, 14.146,99 ton taxıl emal müəssisələrinə verilib, 10.086,78 ton un istehsal olunub. 3 oktyabr 2016-cı il tarixə anbarlarda 11.066,64 ton taxıl və 351,85 ton un ehtiyatı mövcuddur.
Taxılçılıqda məhsuldarlığa təsir edən güclü amillərdən biri məhsuldar toxum sortlarının yaradılmasıdır. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Hazırda Naxçıvan şəhərində ümumi tutumu 30 min ton olan “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir. Burada toxum, qüvvəli yem və xammal anbarları yaradılacaq. Muxtar respublikamızın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulub.
Görülən işlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdikləri taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxıl istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən mərkəzləşdirilmiş qаydаdа sаtın alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Odur ki, hazırda muxtar respublikamızda payızlıq taxıl əkini sürətlə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR