SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Manat “tarazlaşdı”, bəs qiymətlər niyə sabitləşmir?

29-03-2017, 09:22 | Oxunub: 9 607 |

Manat “tarazlaşdı”, bəs qiymətlər niyə sabitləşmir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12,5 faiz artıb. Halbuki, ötən ilin müvafiq dövründə əvvəlki illə müqayisədə qiymətlərin ümumi səviyyəsində 11,7 faiz artım qeydə alınmışdı.

Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri, 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,4 faiz bahalaşıb. Bu ilin ilk 2 ayında ərzaq məshulları səbətində ən çox bahalaşmaya məruz qalan meyvələr (20,2 faiz), ət məhsulları (19,7 faiz) və qənd, cem, bal, şokolad və konfetlər (17,6 faiz) olub. Qeyri-ərzaq məhsullarına gəlincə, onlardan parçalar (22,6 faiz), ayaqqabı (20,1 faiz) və geyim (18,7 faiz) daha çox bahalaşmaya məruz qalıb. Xidmət səbətində ən çox bahalaşma kanalizasiya xidmətlərində (250 faiz), elektrik enerjisi təchizatında (33,3 faiz) qeydə alınıb. Çox güman ki, təbii qaz təchizatında bahalaşma cari aydan etibarən başlayacaq və bu da son nəticədə xidmət bölməsində inflyasiyanı daha da yüksəldəcək.

Bu ilin ilk 2 ayının nəticiələrinə istinadən demək olar ki, manatın məzənnəsində “sabitlik” müşahidə olunsa da, bu qiymətlərin artımın dayandırmadı, əksinə, göründüyü kimi qiymətlər daha sürətlə bahalaşmaqdadır.

Düzdür, burda mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarları mühüm rol oynayıb. Amma eyni zamanda bahalaşmanı yaradan ənənəvi faktorlar istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Belə ki, bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan “Azərsun” şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb.

Digər tərəfdən də idxal mallarının strukturuna baxsaq görərik ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb. Bu isə onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir. Göründüyü kimi, milli iqtisadiyyatın qeyri-neft sektoru yenə də adı çəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabiliyyətində deyildir. Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalının artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur.

Fikrimizcə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək. Qiymətlər üzərində statistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR