SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Manat stabildir, qiymətlər isə bahalaşmaqda davam edir; bəs səbəb nədir

6-06-2017, 13:38 | Oxunub: 9 708 |

Manat stabildir, qiymətlər isə bahalaşmaqda davam edir; bəs səbəb nədir
Ekspertlər maraqlı faktlar açıqlayır


Uzun müddətdir ki, manatın məzənnəsində sabitlik müşahidə olunur. Bəzi ekspertlər bu sabitliyin müvəqqəti olduğunu bildirsələr də, hökumət manatın ilin sonuna qədər ucuzlaşmayacağı anonsunu verib. Lakin bütün bunların əksinə olaraq mağazalarda gündəlik tələbat mallarının bahalaşması davam edir. Son zamanlar bəzi təmizlik vasitələri, yuyucu tozlar, o cümlədən sənaye istehsalı olan ərzaq məhsulları, yağlar, ağartı məhsulları və sairin qiymətində artım müşahidə edilir.


Bəs bu ziddiyyətli durumun səbəbi nədir? Vətəndaşlar bazarlarda ucuzlaşma gözlədiyi bir vaxtda yaşanan bahalaşmanın iqtisadi baxımdan əsası varmı? Yoxsa bu, sahibkarların qiymət siyasəti ilə bağlı sabotajıdır?


Mətbuata açıqlamasında durumu şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, burada söhbət heç bir halda sabotajdan getmir: “Səbəb odur ki, Azərbaycan bazarları manatın devalvasiyasından sonrakı situasiyanı tam qiymətləndirə bilməyib. Çünki manat iki il ərzində 54 faiz dəyər itirib. Ancaq məhsulların qiymətlərində bu qədər artım baş vermədi. Yerli istehsal məhsullarının da bir hissəsi xammal baxımından idxaldan asılıdır. Bu sahədə də qiymətlərin artmasına ehtiyac var idi. Amma faktiki olaraq əhalinin alıcılığının kəskin azalması biznes subyektlərini bu imkandan məhrum etmişdi. Eyni zamanda ilk olaraq dövlət qurumları müəyyən inzibati yollarla bu prosesə müqavimət göstərirdi. Ancaq bu da əsas amil deyildi. Əsas məsələ əhalinin alıcılıq qabiliyyətinin aşağı olması idi ki, bu da qiymətlərin artmasının qarşısını alırdı. Baxmayaraq ki, ötən iki ildə inflyasiya iki rəqəmli idi və bu il də ikirəqəmli səviyyədədir. Hələ bazarlar qiymətləndirməni başa çatdırmayıblar”.


İqtisadçının fikrincə, səbəblərdən biri də manatla bağlı müəyyən şübhələrin olmasıdır: “Amma faktiki olaraq ərzaq və gündəlik tələbat malları bazarında daha çox qısamüddətli strategiyalar əhəmiyyət daşıyır. Şirkətlər daha qısamüddətli qiymət siyasəti həyata keçirməyə üstünlük verirlər. Bu gün dolların məzənnəsinin aşağı olması onlara imkan verir ki, qiymətləri ucuzlaşdırsınlar. Çünki anbarlarda olan məhsullar artıq satılıb. Şirkətlər yeni məhsullar idxal etməlidirlər. Bu imkan yaradır ki, sahibkarlar qiymətləri aşağı çəkə bilsinlər. Ancaq indi yaranan imkanlar ötənilki ziyanları kompensasiya etmir. Şirkətlərin böyük bir qismi ötən iki ili zərərlə başa vurublar. Belə olan şəraitdə şirkətlər üçün digər bir imkan yaranıb. Belə ki, dolların davamlı olaraq bahalaşdığı dövrdə insanlar istehlakı məhdudlaşdırmışdılar. Gözləyirdir ki, valyuta daha da bahalaşsın, əllərindəki yığımlar artsın. Belə olan təqdirdə xərcləmələrin səviyyəsi dövrü olaraq aşağı düşür. Hazırda isə məzənnədə stabillik var, o da bazarların müəyyən qədər canlanmasına gətirib çıxarır. Bu canlanma da istehlakın artmasına səbəb olur, şirkətlər üçün şərait yaradır ki, qiymətlərdə korrektələr etsinlər. Bu gün bizim müşahidə etdiyimiz də buna bənzər bir situasiyanın nəticəsidir”.

R.Həsənov mövsümi amilləri də istisna etmədi: “Bəzi məhsullar da var ki, mövsümdən asılı olaraq onların qiymətlərində dəyişikliklər baş verir. Sonradan bahalaşma ucuzlaşma ilə, ucuzlaşma isə bahalaşma ilə əvəz olunur. Bunlar da hazırda bazarda müşahidə edilir. Bəzi kənd təsərrüfatı məhsullarının yığım mövsümünün başlamaması, eyni zamanda ötən ildən qalan məhsulların da azalması qiymətlərin bahalaşmasını şərtləndirən amillərdən biridir.
Bazarda südün və ağartı məhsullarının da qıtlığı müşahidə olunur. O baxımdan bir çox süd məhsullarının, o cümlədən yağın qiymətində artım baş verib. Bu da son nəticədə istehlak qiymətlərinin artmasına gətirib çıxarıb. Yəni ən müxtəlif səbəblərdən bazarda fərqli dinamika müşahidə edilir".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR