SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bayramqabağı soyğunçuluq və Xalqı sümürənlər

28-12-2016, 15:29 | Oxunub: 8 722 |

Bayramqabağı soyğunçuluq və Xalqı sümürənlər

Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 2,9 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,5 faiz bahalaşıb

Bu barədə yerli mətbuata Dövlət Statistika Komitəsindən bildirilib.

Eyni zamanda, ay ərzində meşə təsərrüfatı məhsullarının qiymətləri 5,0 faiz bahalaşıb. Balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.

Komitənin hesabatından da görünür ki, ölkədə bayramqabağı bahalaşma”ceyran belinı” qalxıb. Aztəminatlı ailələr bayram bazarlığı etməyə imkan tapmır.

Nazirliyin şəhərin müxtəlif ərazilərində təşkil etdiyi yarmarkalarda qiymətlər bazarlardan, supermarketlərdən fərqlənmir.

Alıcılar isə sevincək yarmarkaya getdikdə başqa vəziyyətin şahidi olurlar. Onlara gah çəkidə kələk gəlirlər, gah bazarlardan fərqlənməyən qiymətlər təklif olunur, gah da məhsulun keyfiyyəti aşağı olur.

Elə ona görə də əksəriyyət yarmarkalara getməyə üstünlük vermir. Bu qədər yol qət etməkdənsə yaxınlıqdakı bazardan və ya marketdən alırlar.

Qonşu ölkələrdə, əsasən də Türkiyədə bayram ərəfəsində bazarlarda ucuzlaşma olur, yarmarkalar təşkil olunur.

Eyni zamanda da qeyd edilir ki, ərzaq məhsulları dəhşətli dərəcədə bahalaşır. Aztəminatlı ailələr, köçkünlər, minlərlə ailə bayramda evinə, uşağına bayram bazarlığı etməlidir, hədiyyə almalıdır.

Ümumiyyətlə, ölkədə bayramqabağı dəhşətli bahalaşma müşahidə olunur. Bazarlarda, yarmarkalarda, supermarketlərdə qiymətlər əl yandırır. Bir ailənin bayram bazarlığı əvvəl 80-100 manata başa gəlirdisə, indi 150-170 manatdan aşağı alınmır.

Bu da son günlərdə bahalaşma dalğasının bütün sahələri bürüməsi ilə əlaqədardır. Bayramda isə qiymətlər daha da kəllə-çarxa qalxıb.

Aztəminatlı ailələr, məcburi köçkünlər, minlərlə işini itirmiş, az maaşla dolanan, ünvanlı sosial yardım hesabına sürünən ailələr var ki, bayram bazarlığı etməyə imkan tapmır.

Hazırda bir ailə üçün ortabab bayram bazarlığı daha da aşağı tariflə götürəndə 120-130 manat edir. Bu gün ölkədə ət, toyuq, yumurta və s. zəruri ərzaqlar almağa insanlar imkan tapmır.

Bayramqabağı əhalinin narazılıq etdiyi ikinci məkan vağzallardır. bayramqabağı vağzallarda gediş haqları artırılır.

Həm dəmiryol, həm də avtovağzallarda süni qiymət artımı var. İstərsə regionlardan paytaxta, istərsə də Bakıdan rayonlara gediş-gəliş xərcləri bahalaşır.

Bayram bazarlığı etməyə imkan tapmayan minlərlə ailənin cibinə girərək oğurluq etməyə bənzəyən bu qərar birbaşa məmur özbaşınalığı və prezidentə qarşı bayram təxribatıdır. Bu gün yüzminlərlə ailə bayram süfəris açmağa imkan tapmır, aztəminatlı ailələr bazarlardan bayram ərzağı ala bilmir.

İnsanların güzəranı pisləşib, dolanışıq çətinləşib, xərclər artıb, bahalaşma gedib, işsizlik artıb və belə vaxtda əhaliyə bayram “terror”u yaşadan Azərbaycan Dəmir Yolları QSC ilə Nəqliyyat Nazirliyi xalqın durumunu nəzərə almır.

Hər il bayram ərəfəsində vağzallarda süni qiymət artımı müşahidə olunurdu və özbaşınalıq adi hala çevrilmişdi.

Ancaq bu dəfə böhranlı ildir, hər yerdə bahalaşma gedir, manat dəyərini itirib və bu addım sadəcə, xalqa qarşı soyğunçuluqdur.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR