SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni iş imkanları kimləri əhatə edəcək?

3-07-2017, 08:12 | Oxunub: 6 559 |

Yeni iş imkanları kimləri əhatə edəcək?


Son günlər bütün inşaat aləminin maraqla qarşıladığı natural gips əsaslı BLOKPAN daxili divarları hörgü ustalarının da böyük marağına səbəb olub. Məhz bu səbəbdən “Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq hörgü ustaları üçün xüsusi təlimlər keçirilməsinə start verib. İlk təlim 30 iyun tarixində Bakı şəhərində baş tutub. Təlim zamanı hörgü ustalarına ekoloji sağlam BLOKPAN daxili divarları haqqında ətraflı məlumat verilib, məhsulun tətbiqi, hörülməsi prosesi göstərilib. Təlimdən sonra iştirakçıların sualları cavablandırılıb və hörgü ustalarına peşəkarlıq sertifikatları təqdim olunub, həmçinin BLOKPAN hörgü ustaları “Ustalar Klubu”na üzvlüyə qəbul olunublar. Qeyd edək ki, layihə çərçivəsində “Mətanət A” şirkəti tərəfindən peşəkarlıq sertifikatı təqdim olunan ustaların hörgü sifarişləri qəbul etmələrinə də dəstək göstərilməsi nəzərdə tutulur.

Natural gips əsaslı BLOKPAN daxili divarları uğurla 4 işi 1-də cəmləşdirir. Artıq kərpic, qara suvaq, astar və üzlük şpatlyovkalarına ehtiyac yoxdur. Qalınlığı 8 və 10 sm, eni 66,7 sm, hündürlüyü isə 50 sm ölçülərində olan BLOKPAN daxili divarları ekoloji sağlamdır. Məhsulun rahat tətbiqi qısa müddət ərzində ən yüksək keyfiyyətlərə cavab verən arakəsmələr hörməyə imkan verir. Qeyd etmək zəruridir ki, BLOKPAN-la hörgü işi daha ucuz başa gəlir. Natural gips əsaslı BLOKPAN-ın üzərinə boya və divar kağızı birbaşa vurulur. Qısa müddətdə arzu etdiyiniz düz səth əldə etməklə yanaşı BLOKPAN evlərinizdə və ofislərdə otaqların genişliyinə imkan yaradır. Məhsul həmçinin istilik və səs izolyasiyasına malikdir. Zəlzələyə və yanğına davamlıdır. BLOKPAN daxili divarları hiqroskopik olduğu üçün otağın rütubətini tənzimləyir, otaqlar nəfəs alır.

Qeyd edək ki, “Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət strategiyasına müvafiq olaraq Azərbaycanda ilk dəfə 2004-cü ildə “Ustalar klubu” yaradılmışdır. Ustaları vahid bir məkanda toplamaq məqsədilə əsası qoyulan “Ustalar klubu”nun əsas məqsədi ustaların bilik və bacarıqlarını artırmaq üçün onlarla tez-tez görüşmək, daimi əlaqələr yaratmaq, ustalara müxtəlif mövzularda təlim, seminarlar keçmək, onların sual və təkliflərini dinləmək, öz sahələrində baş verən yeniliklərlə bağlı operativ və geniş məlumatlandırmaqdır.

“Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.


EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR