17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Azər Türk Bank" ilə "ASAN Xidmət"in birgə təlimlərinin ikinci mərhələsi başlayıb
"Azər Türk Bank" və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə "ASAN Könüllüləri" təşkilatının üzvləri üçün 1 aylıq təlimlərin ikinci mərhələsinə start verilib.
Bankdan yerli mətbuata verilən məlumata bildirilir ki, layihənin həyata keçirilməsində məqsəd "ASAN Könüllüləri" təşkilatının iqtisadiyyat və maliyyə üzrə təhsil almış üzvlərinin ixtisasları üzrə praktik biliklərinin genişləndirilməsinə, onların fərdi və peşəkar inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində təşkil olunan təlimlər zamanı "Azər Türk Bank"ın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, marketinq, satış texnikləri, PR və bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərir, onları maraqlandıran sualları cavablandırırlar. Layihənin iştirakçısı olmuş könüllülərin təlimlərdə əldə etdikləri bilik və bacarıqlar onların şəxsi inkişafını təmin edəcək, gələcək fəaliyyətləri üçün stimul yaradacaq. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Həmçinin təlimlərdə uğurlu nəticə göstərən könüllülər "Azər Türk Bank"da təcrübə keçmək imkanı qazanacaqlar. Bu da onların gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb edir. Təlimlərin müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub. Qeyd edək ki, "Azər Türk Bank" korporativ sosial məsuliyyət fəaliyyətinə uyğun olaraq mütəmadi şəkildə bu kimi layihələr həyata keçirir.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş "Azər Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli məlumat mərkəzindən əldə etmək olar.
Sosial səhifələrdə paylaş
Emtv.az