17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Sovetski”də 1 nəfəri öldürüb, 2 nəfəri yaralayan şəxs saxlanıldı
İyunun 22-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində bir nəfəri qətlə yetirib, iki nəfərə isə xəsarət yetirən şəxs saxlanılıb.
Emtv.az-ın trend-ə istinadən məlumatına görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiklləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, hadisə iyunun 22-də gecə saatlarında Yasamal rayonu ərazisində, keçmiş “Sovetski” küçəsində baş verib. Həmin ərazidə usta işləyən Sənan Məmmədov tanışı olan Mahirə adlı qadının kirayə qaldığı evə gələrək onunla mübahisə edib. Bu zaman mübahisəyə ev sahibi, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyib. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlunu bıçaqlayıb. Hadisə nəticəsində o, Mahirəyə ürək nahiyəsindən 4 bıçaq zərbəsi endirib. Yaralılar xəstəxanaya çatdırılsa da, Mahirənin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəllsəinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Emtv.az