18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BAKIDA DƏHŞƏTLİ QƏTL
Bakıda 19 yaşlı gənc qətlə yetirilib. Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Qətli törədən şəxs daha bir nəfəri bıçaqlayıb
"EMTV.az" xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, Binəqədi rayonunun DSK ev tikinti kooperativi yolunun üzərində qətlə yetirilmiş kişi cəsədi aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində meyitin 1997-ci il təvəllüdlü Murad Aslan oğlu Hüseynova məxsus olduğu müəyyən edilib.
Elə həmin gün 1982-ci il təvəllüdlü Rövşən Ağahüseyn oğlu Ağayevin də bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi hüquq-mühafizə orqanı əməkdaşlarında şübhə yaradıb və aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qətli və bıçaqlamanı törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov tutulub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Paytaxt ərazisində dünən də qətl hadisəsi qeydə alınıb. Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub