SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Kişi məşuqəsini qətlə yetirərək daha 2 şəxsi yaralayıb – Yenilənib

23-06-2017, 10:21 | Oxunub: 7 955 |

Kişi məşuqəsini qətlə yetirərək daha 2 şəxsi yaralayıb – Yenilənib
Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Emtv.az report-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır.

Sözügedən qadın hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.


Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.
Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidetin təfərrüatlarını müəyyənləşdirirlər.


Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.


***

Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.

İnsident Nizami metrostansiyası yaxınlığında qeydə alınıb.
Sözügedən ərazidə usta işləyən Sənan adlı şəxs Mahirə adlı məşuqəsi ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən şəxs qadını təqib edib və onun kirayə qaldığı evə gəlib. Bu zaman onun qarşısına qadını müdafiə etmək istəyən ev yiyəsi, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı çıxıb. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlunu bıçaqlayıb. Bununla da hirsi soyumayan şəxs məşuqəsi Mahirənin ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.


İnsident zamanı bıçaq xəsarəti alan ana və oğul xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR