17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NİZAMİ RAYONUNDAKI QƏTL HADİSƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLADI
Yanvarın 7-də Bakının Nizami rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.
"EMTV.az" xəbər verir ki, Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1982-ci il təvəllüdlü Fərid Fərhad oğlu Abbasovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.
Hadisə həmin gün səhər saat 10 radələrində baş verib. F.Abbasovun meyiti kirayə yaşadığı evdə əl-ayaqları iplə bağlanmış halda tapılıb. Meyitin üzərində çoxsaylı xəsarətlər və başının çoxsaylı zədə əlamətləri olub. Naməlum şəxslər küt alətlərlə F.Abbasovun baş nayihəsinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
F.Abbasov aldığı çoxsaylı xəsarətlərdən qanaxma nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün istintaq əməliyyat tədbirləri davam etdirilir.