SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

26 biznesmen deputat qanun layihəsinə qarşıdır - Eksklüziv siyahı

22-06-2017, 14:35 | Oxunub: 6 815 |

26 biznesmen deputat qanun layihəsinə qarşıdır - Eksklüziv siyahı
Milli Məclisin pullu, var-dövlətli, biznesə başı qarışan deputatları üçün yeni qanun layihəsi gəlir

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bəzi biznesmen millət vəkilləri indidən təşvişə düşüblər.

Söhbət ondan gedir ki, qalmaqallı “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsi iyunun 30-da keçiriləcək növbədənkənar sessiyada müzakirəyə çıxarılacaq.

Amma belə görünür ki, birinci oxunuşdan keçən layihənin gələn həftə keçiriləcək müzakirəsi yenə də gərgin olacaq. Qanun layihəsi lakonik şəkildə hazırlanıb və 13 maddədən ibarətdir.

Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir.

Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

Emtv.az xəbər verir ki, qanun layihəsində bəzi deputatları narahat edəcək “kommersiya fəaliyyəti” ilə bağlı məsələdir.

Ölkə qanunvericiliyi dövlət məmurlarına və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı, şirkətlər yaratmağı və idarə etməyi qəti qadağan edir. Lakin buna baxmayaraq, bəzi məmur və deputatlar iri biznes müəssisələrinə rəhbərlik edir, qanunun bu tələbini qulaqardına vururlar.

Media üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, onların sayı heç də az deyil. Lənkəranın deputatları Hadı Rəcəbli və Rüfət Quliyev, Sumqayıtdan Hacı Salayev, Zəngilandan İmamverdi İsmayılov, Binəqədidən Hacı Madər Musayev və Kamaləddin Qafurov bizneslə məşğul olurlar.

Habelə, Şəki seçicilərini təmsil edən Cavanşir Feyziyev, Masallıdan mandat almış Nəriman Əliyev, Gəncənin deputatı Xanlar Fətiyev, Cəlilabadın deputatı Malik Həsənov, Lerikin deputatı İqbal Məmmədov, Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanov biznesmendirlər.

Həmçinin, İmişlidən Əsabil Qasımov, Şirvandan Rafael Cəbrayılov, Salyandan Əlağa Hüseynov, Xətaidən Hüseynbala Mirələmov da biznes fəaliyyəti ilə seçilirlər.
Eynilə Tahir Süleymanov, Ağalar Vəliyev, Muxtar Babayev, Ülvi Quliyev, Mirzəcan Xəlilov, Rüstəm Xəlilov, Elçin Quliyev, Azər Kərimli, Cavanşir Paşazadə, Astan Şahverdiyev bu qanun layihəsinin qəbulu üçün tələsmirlər.



Emtv.az xəbər verir ki, onlar bu qanun layihəsinin qeyri-işlək vəziyyətdə olması üçün dəridən-qabıqdan çıxacaqlar. Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev isə modern.az-a müsahibəsində sərt danışıb.


“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsi çox mənasız qanundur. Bizim bundan vacib işlərimiz var. Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR