17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Deputatların davranış qaydaları hazırlanır – Etikanı pozanlar Milli Məclisdən xaric olunacaqlar
“Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun olaraq da qanun hazırlanmalıdır. “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin hazırlanması müsbət bir haldır”
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a açıqlamasında deyib. Deputat bildirib ki, yeni qanun layihəsinə əsasən deputat etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric oluna bilər.
“Amma deputatların etik davranış qaydasını pozmasına görə, parlamentdən uzaqlaşması dünyanın heç bir yerində yoxdur. Hətta biz görürük ki, dünyanın bir çox ölkələrində deputatlar arasında dava-dalaşlar da olur. Buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar. Hətta normada belə bir şey var ki, deputat Milli Məclisdə etdiyi çıxışlara görə məsuliyyət daşımır. İndi isə yeni hazırlanan qanun layihəsində deputatın etik davranış qaydasını pozduğuna görə parlamentdən xaric olunması var. Burada da deputatın özü istefa vermədiyindən və ya hər hansı bir hadisə nəticəsində deputatlıqdan kənarlaşmadığından onun pensiya hüququ da pozulur”.
Tahir Kərimli hesab edir ki, deputatların etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric olunması yolverilməz haldır.
“Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz yoxdur. Əgər etik davranış hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi izahı verilməlidir. Hesab edirəm ki, qanun layihəsi hazırlanarkən bir çox məsələlərə həssas yanaşılmalıdır”.
Emtv.az