18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ziyafət Əsgərov: “Hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır”
Azərbaycan Milli Məclis sədrinin birinci müavini Zİyafət Əsgərov bəzi deputatların fikirlərinin ictimaiyyətdə sərt reaksiyalara səbəb olmasına münasibət bildirib. Ziyafət Əsgərov apa-ya müsahibəsində bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır.
“Düzdür bizim “Deputatın statusu haqqında” qanuna görə deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır, amma insanın hüquqi məsuliyyəti ilə yanaşı daxili məsuliyyəti də var. Hər bir şəxs dediyi sözə görə məsuliyyət daşımalıdır. Həmkarlarıma da xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə hər hansı fikri deyəndə əvvəlcə yüz ölçüb bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və sair. Ona görə də danışanda diqqətli olmalıdırlar”. Z. Əsgərov onu da qeyd edib ki, bəzi media mənsubları var ki, deputatların müsahibələrində mexaniki anlaşılmazlıqdan istifadə edirlər: “Deputat mexaniki yanlışlığa yol verəndə jurnalist də onu istədiyi yerə yozmasın. Bilirsiniz, şükür Allaha, cəmiyyətimizdə indi əmin-amanlıq var, həmrəylik var. Bu həmrəyliyi möhkəmləndirmək lazımdır. Amma təəssüf ki, bizim bəzi qələm adamları bir deputatın ayaqüstü müsahibəsində mexaniki ağzından çıxan sözdən tutub onu yozurlar və belə anlaşılmazlıq yaranır. Amma təbii ki, hər bir deputat həm əməlində, həm də danışığında diqqətli və dürüst olmalıdır, xalqına və dövlətinə xidmət etməlidir!”.
Emtv.az