SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Deputatlara “qırmızı vərəqə” göstərəcək qanun layihəsi müzakirəyə çıxarılacaq

1-05-2017, 13:33 | Oxunub: 10 172 |

Deputatlara “qırmızı vərəqə” göstərəcək qanun layihəsi müzakirəyə çıxarılacaq
Sabah Milli Məclisin növbəti plenar iclasında bir sıra məsələlər gündəliyə salınıb.

Parlamentarilər “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsini müzakirə edəcəklər.
Müzakirəyə çıxarılacaq qanun layihəsində deputatların etik davranışlarının tənzimlənməsi, özlərini necə aparması, deputatın üzərinə düşən vəzifələr və bu qaydaları pozduqda deputat mandatından məhrum olunması öz əksini tapıb.


Müzakirəyə çıxarılan qanun layihəsinin əsas məqsədi Milli Məclisin nüfuzuna və deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması: deputatın fəaliyyəti müddətində maraqlar toqquşması hallarının qarşısının alınması; deputatın fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir.
Qanun layihəsinə əsasən deputat fəaliyyəti dövründə insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və layaqətini, həmçinin işgüzar nüfuzunu alçaldan kobud təhqiramiz sözlərə yol verməməlidir. Deputat qərəzli olaraq hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir.

Sənədə əsasən millət vəkili hər hansı deputat fəaliyyəti ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Əgər belə hallar aşkarlanarsa, o zaman İntizam Komissiyasının rəyi öyrənilməlidir.
Yeni sənəd deputata eyni zamanda, deputat həmkarının fikirlərinə dözümlə yanaşıb, öz mövqeyini hədə, təhdid və digər zorakı hərəkətlərlə bildirməsini qadağan edir.


Bu qanun layihəsinə əsasən deputata başqa həmkarının yerinə səs verməsi də qadağan olunur.
Qanun layihəsində deputatın rüşvət, hədiyyə alması, bir sıra hallarda qonaqlığa getməsi də qadağan olunur. Əgər deputata maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər deputatdan asılı olmayan səbəblərdən verilirsə, o, bu barədə parlamentin İntizam Komissiyasına məlumat verməyə borcludur. Deputat bundan sonra İntizam Komissiyasının çıxaracağı rəyə uyğun hərəkət etməlidir.

Deputat səlahiyyəti müddətində şəxsi maraqları üçün çalışa bilməz və əgər belə hal olarsa, o zaman İntizam Komissiyasına məlumat verməlidir.
Qanun layihəsinə əsasən deputat bu qaydaları kobud surətdə pozarsa, onun mandatdan məhrum edilməsi Milli Məclisin gündəliyinə çıxarılıb, mandatdan məhrum edilə bilər.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR