SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xalqı təhqir edib, sonra üzr istəyən deputatın mandatı alına bilərmi? - Hüquqşünas “mümkündür” dedi

27-12-2016, 14:56 | Oxunub: 9 409 |

Xalqı təhqir edib, sonra üzr istəyən deputatın mandatı alına bilərmi? - Hüquqşünas “mümkündür” dedi

Milli Məclisin deputatı Astan Şahverdiyevin təhqiramiz ifadələr səsləndirməsi cəmiyyətdə rezonans doğurub

Millət vəkili hərəkətində yalnışlığa yol verdiyini anlayaraq Azərbaycan xalqından üzr istəyib. İndi bir çoxlarını onun dediyi ifadələrə görə necə cəzalandıırlacağı düşündürür. Maraqlıdır, Astan Şahverdiyevin timsalında bu kimi hallarda deputatın mandatı əlindən alına bilərmi?
Xalqı təhqir edib, sonra üzr istəyən deputatın mandatı alına bilərmi? - Hüquqşünas “mümkündür” dedi
Hüquqşünas Ələsgər Məmmədli cebhe.info-ya açıqlamasında deyib ki, qanunda da göstərildiyi kimi parlamentdə söylədiyi fikirlərə görə millət vəkilinin toxunulmazlığı var: “Lakin deputatın toxunulmazlığı onun bütün həyatı boyu hər yerdə hər kəsi təhqir etmə anlamına gəlmir. Birinci burada fikir yox, fikirdə təhqiramiz ifadələr var .

İfadə azadlığının beynəlxalq standartlarında yol verilən və yol verilməyən hədləri var. Aşağılayıcı təhqir yol verilməyəndir. Bu aspektdən də istər deputat olsun, istərsə də siyasətçi başqa şəxsləri təhqir etmə azadlığı yoxdur. Təhqir etmə bir azadlıq deyil. Təhqir etmə ifadə azadlığının məhdudiyyət hissəsinə girən tərəfdir. Bu baxımdan da deputatın əslində kimisə təhqir etməsi yol verilən deyil. Təhqir edənlərin bir hüqüqi cəzası var. Ayrıca da deputatın etik məsuliyyəti var.

Bu məsuliyyətdə deputatın etika qaydalarına əməl edərək özünü ifadə etməsidir. Bu isə etikadan kənar ifadədir. Bu mənada parlamentdə etika komissiyası da fəaliyyət göstərir. Onlar bu məsələni müzakirə edib o deputata xəbərdarlıq da verə bilərlər, lazım gəlsə onun statusu ilə bağlı məsələ də müzakirə oluna bilər. Çünki yeni Konstitusiya dəyişikliklərində bu məqamlar da var. Bu deputatın statusunun əlindən alınmasına qədər gedib çıxa bilər”.

Hüquqşünasın sözlərinə görə, deputatlar bu hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:

“Deputat cinayət başında yaxalandıqda, parlamentdə onun statusu müzakirə olunub qaldırılarsa, onun mandatı alına bilər. Bundan əlavə qanunvericilikdə müəyyən olunan istənilən halda parlament statusun qaldırılması məsələsini gündəmə gətirə bilər. Azərbaycan parlamentində bir hadisə baş vermişdi. Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında mübahisə yaranmışdı. Bu davadan sonra Hüseyn Abdullayevin mandatı əlindən alınmışdı. Yaxud İqbal Ağazadə parlamentdə deputat olarkən onun statusu əlindən alınmışdı. Bu aspektdən parlament özü məsələni müzakirə edib qanunda müəyyən olunmuş şərtlərə görə o deputatın da mandatını əlindən ala bilər”.

Ələsgər Məmmədli onu da əlavə edib ki, Milli Məclisin daxili nizamnaməsi var: “Deputatın statusu haqqında” Qanun var. O qanun çərçivəsində deputat öz fəaliyyətində, çıxışlarında Azərbaycan qanunvericiliyində yol verilən həddə, başqalarına qarşı etik çərçivədə hərəkət etməlidir. Fikirlərini etikadan kənar ifadə edə bilməz. Buna görə onun mənəvi məsuliyyəti var. Həmçinin siyasi məsuliyyət məsələsi də var. Bir deputat seçildiyi yerdən xalqı təmsil edir. O təbəqənin işərisində heçmi kiminsə ailə üzvündən, övladı, atası, anası, bacısı, qardaşı və digər yaxınları yoxdur? Təbii ki var. Deməli, Cəbrayıl rayonunu təmsil edən bir deputat Cəbrayıldan Rusiyada olan hər kəsi təhqir etmiş oldu, “otxod” dedi. Bu aspektdə onun siyasi məsuliyyəti var”.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:

1) Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) Cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla)

5) Özü imtina etdikdə.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR