SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Rüstəm Xəlilov: “Düşünmürəm ki, bu qanun deputatları tənqidi fikirlər söyləməkdən çəkindirəcək”

6-05-2017, 10:51 | Oxunub: 10 236 |

Rüstəm Xəlilov: “Düşünmürəm ki, bu qanun deputatları tənqidi fikirlər söyləməkdən çəkindirəcək”
“Mən indiyə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam, heç vaxt da olmayacağam”

Deputatların əksəriyyətini ciddi şəkildə narahat edən “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi. Ancaq ötən iclasda spiker Oqtay Əsədov layihənin bəzi hissələrinin yumşaldılması barədə göstəriş verdi ki, bu da bəzi deputatları ümidləndirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlinin mediaya dediklərindən belə aydın olur ki, bu qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatların başının üstündəki “qara bulud”dur. “Məsələn 5-ci maddədə göstərilib ki, sahibkarlıqla məşğul olan deputatlar mandatdan uzaqlaşdırılır. Buna da Mərkəzi Seçki Komissiyası baxır. Bu maddənin qanuna, İntizam Komissiyasına heç bir dəxli yoxdur. Bu kimi maddələrə digər deputatlar da etiraz edib. Oqtay müəllim də bildirdi ki, bu məsələlərin üzərində ciddi işlənilməlidir” - T.Kərimli bildirib. Onun sözlərinə görə, qanun layihəsində ilk növbədə deputatın özünü müdafiəsi öz əksini tapmalıdır. Elə deputat Fazil Mustafa da əməkdaşımıza bildirdi ki, bu qanunun yumşaldılması əsasən deputat mandatından məhrum etmə ilə bağlı ola bilər: “Dünyanın heç yerində etik davranışa görə mandatdan məhrum etmə yoxdur. Qalan məsələlər o qədər də prinsipial əhəmiyyət daşımır. Hər halda bir çox müddəalarda yumşalma gözlənilir”.


Bəs, digər deputatlar necə düşünür? Xüsusilə də adları sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar sırasında çəkilənlər narahatdırlarmı? Bu kimi suallarla parlamentin bir sıra deputatlarına müraciət etsək də, onlarla danışmaq mümkün olmadı. Yeni Azərbaycan Partiyasının üzvü, Regional məsələlər komitəsinin nümayəndəsi Rüstəm Xəlilovla danışa bildik. Ancaq onun məsələyə münasibəti tam fərqli oldu.


- Rüstəm bəy, Milli Məclisdə ilk oxunuşdan keçən Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinə münasibətiniz necədir? Bir çoxları bu qanunu deputatlar üçün təhlükə sayırlar.


- Əlbəttə ki, biz az yumşaq formada qəbul olunsa, yaxşıdır. Ancaq hər qurumlarda etika davranış qaydası olduğu kimi, yəqin ki, deputatlarda da olmalıdır. Əslində bu, vacib məsələdir. O qədər də sərt qaydalar olmamalıdır, amma dediyim kimi etik davranış qaydalarına əməl olunmalıdır. Ümumiyyətlə, gərək deputat davranışlarına diqqət yetirə. Heç qanun olmasa belə, hər bir şəxs özünün davranışlarına cavabdehdir. Artıq əgər bu məsələ qanuniləşirsə, hamının borcudur ki, qanuna əməl etsin.


- Bəzi həmkarlarınız hesab edir ki, bu qanunun bəzi müddəaları deputatları tənqidi çıxışlar etməkdən çəkindirəcək. Siz bu barədə nə düşünürsünüz?


- Mən düşünmürəm ki, bu qanun deputatları tənqidi fikirlər söyləməkdən çəkindirəcək. Əgər deputat bir fikir söyləyirsə, onun fikrinə müdaxilə etmək, yaxud onunla bağlı başqa birisinin fikir söyləməsi də düz deyil. Amma burada başqa məqsədlə yox, reallığa, dövlətçiliyə, xalqa xidmət edən fikir söylənilsə, bunun nəyi pisdir ki? O halda deputat niyə çəkinməlidir ki? Ola bilər ki, hansısa bir şəxs öz marağına uyğun olaraq çıxış edərsə, əlbəttə, birmənalı qarşılanmayacaq.


- Hesab olunur ki, bu qanunun ən böyük zərbəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlara dəyəcək. Ara-sıra sizin də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunuz deyilir...


- Mən indiyə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam, heç vaxt da olmayacağam.


- Artıq üçüncü çağırışdır Milli Məclisdə təmsil olunursunuz. Ümumiyyətlə, deputatın sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını necə qiymətləndirirsiniz?

“Başqa sahədə kimsə kiməsə hədiyyə verirsə, onun kimə nə dəxli var?”

- Mən hesab edirəm ki, ən azından biz konstitusiyamıza hörmətlə yanaşmalıyıq. Hər bir şəxs özünə cavabdehdir. Mən bilmirəm axı orda kimlər hansısa formada, nə ilə məşğul olur.


- Bu kimi deputatların yeni qəbul olunacaq qanuna əsasən mandatdan məhrum edilməsini necə, doğru sayırsınız?


- Mən onu deyə bilmərəm. Gərək o sübut oluna ki, sahibkarlıq fəaliyyəti var, bizneslə məşğuldur, bu, başqa məsələdir. Konkret fikir söyləməyim doğru olmaz. Amma ümumiyyətlə, bizim konstitusiya deputata bu fəaliyyət növü ilə məşğul olmaq icazəsi vermir. Bu, mənim fikrim deyil, konstitusiyada təsbit olunub ki, deputat heç bir biznes növü ilə məşğul olmamalıdır.


- Qanun layihəsində deputatın 50 manatdan yuxarı məbləğdə hədiyyə alması da qadağan olunur. Bəs, bununla bağlı nə deyə biləsiniz?


- Çox yaxşı, onun nəyi pisdir ki? Başqa sahədə kimsə kiməsə hədiyyə verirsə, onun kimə nə dəxli var? Amma əgər söhbət deputat fəaliyyəti ilə bağlı hədiyyədən gedirsə, bu, yolverilməzdir və mən qanunu dəstəkləyirəm. Orada söhbət işlə, fəaliyyətlə bağlı hədiyyədən gedir. Heç o qanunda təsbit olunmasa da, vicdanlı adam onu qəbul etməli deyil.


- Görürəm ki, qanuna münasibətiniz digər həmkarlarınızdan ciddi şəkildə fərlənir. Baxmayaraq ki, sədr də müəyyən yumşaldılmalara ehtiyac olduğunu deyib. Bəs, sizi bu qanun layihəsində ən çox narahat edən hansı hissədir?


- Demək olar ki, məni orda heç bir məqam narahat etmir. Hər bir sahədə olduğu kimi, Milli Məclisdə də etik davranış qaydalarına hamı riayət etməlidir. Söhbət təkcə deputatlardan da yox, bütün qurumlarda çalışan insanlardan gedir, hər bir insan qanunun qarşısında aciz olmalıdır. Ona görə də məni hər hansı məqam narahat etmir. Həmkarlarımın da fikrinə hörmətlə yanaşıram, hər kəs öz fikrini söyləmək hüququna malikdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR