SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xəstələrə mal, mülk, pul kimi baxılır - Şirəliyev bunları görmürmü?

6-06-2017, 13:18 | Oxunub: 11 505 |

Xəstələrə mal, mülk, pul kimi baxılır - Şirəliyev bunları görmürmü?
ELN Klinikasının baş həkimi Ceyhun Bədirov rəhbərlik etdiyi səhiyyə ocağından istefa verməsi özəl klinikalarda baş verən bir çox neqativ halları yenidən gündəmə gətirib.

Ölkə əhalisinin sağlamlığına dair statistika həyəcan təbili çaldığı bir zamanda əksər özəl klinikaların ixtisasca həkim olmayan təsisçiləri hələ də “bazar qanunları” ilə işləməyə üstünlük verirlər. Aidiyyatı şəxslərin əhəmiyyət vermədiyi bu vəziyyətə dair telekanallar, həm də həkimlərin özləri bir qayda olaraq maarifləndirmə işindən kənarda qalmamalıdırlar. Yoxsa, vaxtsız xəstəliyə düçar olanların sayı durmadan artacaq.

Fakt isə ondan ibarətdir ki, özəl klinikalarda müayinə və müalicə üçün qiymətlər qonşu dövlətlərlə müqayisədə həddindən artıq bahadı. Yüklənmiş vətəndaşlarımız xəstəxanalara, xüsusilə də özəl xəstəxanalara müraciət edərkən onlara yanaşmada insan faktoru kənara qoyulur, xəstələrə mal, mülk, pul kimi baxılır. Xüsusilə, bu yanaşma özəl xəstəxanaların rəhbərliyi tərəfindən qaynaqlanır. Orada çalışan həkimlərə təzyiq edilir ki, onlara müraciət edildiyi təqdirdə göstəriş olub-olmamasından asılı olmayaraq, xəstələrə dioqnoz qoymaq üçün EKQ, EXO-KQ, USM (ultrasəs müayinəsi), Dopler, KT (kompyuter tomoqrafiyası), Rentgen, Laborator müayinələr, Kolposkopiya təyin edilsin.

Müalicəyə aid isə bir balaca uyğunluq olarsa, Ozonterapiya, Plazmaferaz, Fizioterapiya, Hidrokolonoterapiya təyin edilsin.Məqsəd də odur ki, özəl klinikaların həkim olmayan sahibləri külli-miqdarda varidata sahiblənsinlər. Xəstələri müalicə etməklə sağaltmağa ciddi cəhd göstərilməsin, bir balaca əsas olduğu təqdirdə cərrahiyyə əməliyyatını məqsədəuyğun hesab etsinlər. Bununlada xəstələri “soymaq”daha da asanlaşsın.

Təbii ki, belə bahalı müayinə və müalicə metodları xəstələrin iqtisadi cəhətdən yüklənməsi və orqanizmlərinin digər xəstəliklərə düçar olması deməkdir. Bu səbəbdən artıq Azərbaycan həkimlərinə etimad itib. Hətta, müəyyən kəsim vicdanlı və savadlı həkimlərimiz etiraf edirlər ki, vətəndaşlarımız müayinə və müalicənin bahalı olmadığı İran İslam Respublikasına, Gürcüstan dövlətinə, Türkiyəyə üz tutur, sağlamlıqlarını bu ölkələrin həkimlərinə etibar edirlər. Bu həm də respublikadan külli-miqdarda valyutanın çıxarılması fonunda iqtisadiyatımız üçün münasib deyil. Hər halda düşünməyə dəyər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR