17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
5 nömrəli xəstəxana rəhbərliyi Qarabag müharibəsi veteranlarına qarşı vicdansizliq edir – Şikayət
Bir müddət öncə 5 saylı kliniki xəstəxanada baş verən rüşvətxorluqdan və antisanitariyadan yazılmışdı.
Həmin yazıda vurğulayırdıq ki, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir.
Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir.
Məlumatda daha sonra qeyd olunur ki, hətta palataların təmizlənməsi üçün də xəstələrdən pul tələb edilir. 5 saylı Kliniki Xəstəxanada bu cür özbaşınalıqlarla daha çox rayonlardan gətirilən ağır xəstələrin üzləşdiyi vurğulanır. Belə ki, rayonlardan gələn əksər xəstə sahiblərinin paytaxt Bakıda gedəcək bir yerləri olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan personalının “əl-qolunu” açır. Rayon xəstəxanalarından “göndəriş” gətirilməsini bəhanə edərək xəstələri soyurlar.
Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Ziya Əsədov “göz yumur”.
İddiaya görə, baş həkim Ziya Əsədovun “göz yummağına” səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin 60-70 faizinin ona çatmasıdır. Bundan başqa, iddia olunur ki, baş həkim yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumat alıb. Ona görə də “əlimyandı”ya düşüb ki, bacardıqca vəzifəsindən sui-istifadə eləsin, daha çox qazansın.
Qeyd edək ki, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədovun adı əvvəllər də bir çox qalmaqallarda hallanıb. 2014-cü ildə 5 saylı Kliniki Xəstəxananın tərkibindən adı dəyişdirilərək çıxarılan Respublika Yanıq Mərkəzinin keçmiş baş həkimi Vüqar Ələkbərovun “vurulmağında” da Ziya Əsədovun xüsusi rolu olduğu deyilir. Neqativ fəaliyyəti ilə tez-tez mətbuatın gündəminə gələn Ziya Əsədovun rəhbərlik etdiyi 5 saylı Kliniki Xəstəxana ötən il daha bir biabırçı olaya imza atdı.
Belə ki, birinci qrup Qarabağ əlili Dadaş Quliyevə xəstəxanada yeri pulla satmaq istəyən 5 saylı Kliniki Xəstəxananın həkimlərinə etiraz olaraq Dadaş Quliyev Xəstəxananın önündə intihar etmək istəyirdi. Bu biabırçı olaya mətbuatın müdəxiləsindən sonra nəhayət ki, birinci qrup Qarabağ əlilinə 5 saylı Kliniki Xəstəxanada pulsuz yer verildi.
Bu gün mətbuata 5 saylı Mərkəzi Klinik xəstəxana ilə bağlı daha bir şikayət ünvanlanıb. Acınacaqlı olan isə budur ki, xəstəxanadakı dərəbəylikdən şikayət edən Kamran Süleymanov adlı şəxs həm də Qarabağ Müharibəsi veteranıdır.
Kamran Süleymanovun şikayət məktubunu olduğu kimi təqdim edirik:
“Bu ilin aprel ayının 21-də 5 saylı xəstəxanaya muayinə üçün getdim. Düşündüm ki, dövlət xəstəxanasıdır, pulsuz olar. Həm də yaxınlarda oranın baş həkimi Ziya Əsədovun müsahibəsini oxumuşdum. Müsahibədə Ziya Əsədov deyirdi ki, onların xəstəxanasında rüşvət almaq qəti qadağandır. Yalnız xəstələr həkimlərə könüllü olaraq hədiyyələr verirlər. Mən o xəstəxanaya addım atandan sonra anladım ki, buranın özəl xəstəxanalarla heç də fərqi yoxdur”.
Qarabağ müharibəsi veteranı şikayət məktubunda daha sonra bütün müayinələrə pul ödədiyini deyir.
” Müayinədən keçəndə bütün xidmətlərə görə pul ödədim. Dedim Qarabağ müharibəsi veteranıyam. Dedilər pulun yarısını ver. Dedim ki, Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Əhali pulsuz müayinədən keçməlidi. Uzi həkimi Vəfa Xəlilova dedi ki, Prezident bizə pul vermir. Ən nəhayət baş həkim Ziya Əsədovun yanına getdim. Vəziyyəti danışdım. O da başladı mənə “məlikməmməd” nağılı danışmağa. Bu adamın sifətində mərhəmət cizgiləri yoxdur. Prezidentin verdiyi sərəncamı yerinə yetirməyəndən sonra daha bunlardan heç nə gözləmək olmaz. Belə çıxır ki, bunlar heç kimdən qorxmurlar. Və onların haqqında heç kim tədbir görmür”.
Emtv.az