SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qazaxıstanın baş naziri:"Artur Rəsizadə məni əmin edib ki, borcun qaytarılacaq"

31-05-2017, 14:41 | Oxunub: 8 104 |

Qazaxıstanın baş naziri:"Artur Rəsizadə məni əmin edib ki, borcun qaytarılacaq"
"Qazaxıstan "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) yatırılan investisiyanın restrukturizasiyası ilə bağlı təklif olunan 3 variantı nəzərdən keçirir".

Bunu Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev hökumətin iclasında bildirib.

"Pensiya təminatı haqqında qanuna əsasən Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin vəsaitlərinə dövlət zəmanəti verilir və hökumət pensiyaçılarımızın pullarının qorunmasına cavabdehdir. Bu səbəbdən hökumət pensiya aktivlərinin qorunmasında maraqlıdır. Mən artıq azərbaycanlı həmkarımla bu barədə danışmışam. Artur Rəsizadə məni əmin edib ki, borcun qaytarılması məsələsindən kreditorlara hərtərəfli dəstək veriləcək. Mayın 23-də Londonda beynəlxalq kreditorlarla Azərbaycan tərəfinin görüşü olub. Görüşdə Qazaxıstan Milli Bankının və hökumətinin nümayəndələri də iştirak edib", – deyə baş nazir qeyd edib.

Hökumət rəhbəri əlavə edib ki, maliyyə naziri Bakıt Sultanova bu məsələni azərbaycanlı həmkarı Samir Şərifovla müzakirə etməyi tapşırıb.

Öz növbəsində maliyyə naziri deyib ki, artıq həmkarı ilə müzakirə aparıb: "Mən Samir Şərifovla bu məsələni müzakirə etmişəm. Həmkarım bildirib ki, ABB tərəfindən öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə bağlı qəbul olunan qərarın əsas səbəbi manatın devalvasiyasıdır. Azərbaycan hökuməti bu məsələni ciddi nəzarətdə saxlayır. Həmkarlarımız bizi inandırdı ki, beynəlxalq kreditorların maraqlarını qorumaq üçün əllərindən gələni edəcəklər. Biz isə xahiş etdik ki, informasiya əlçatanlığı maksimum şəkildə təmin olunsun".

Bundan öncə B.Sultanov bildirib ki, Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin ABB-nin istiqrazlarına yatırdığı investisiyanın geri qaytarılması məsələsi payızda həllini tapa bilər.

"Cari ilin iyul ayının ortalarında keçiriləcək iclasda kreditorlar ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını müzakirə edəcəklər. Kreditorların 2/3-si planı dəstəkləyərsə, məsələ payızda həllini tapacaq", – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, ABB tərəfindən təklif olunan variantların öyrənilməsi üçün Milli Bank və hökumət nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. "Mayın 23-də Londonda keçirilən görüş zamanı kreditorlara üç restrukturizasiya variantı təklif olunub. Variantlarla detallı şəkildə tanış olduqdan sonra İşçi qrupu "Vahid Pensiya Yığımı Fondu" üçün daha az itkiyə səbəb olacaq variantı seçəcək".

Qazaxıstan Milli Bankının məlumatına əsasən, "Vahid Pensiya Yığımı Fondu" SC 2014-cü ilin oktyabr ayında ABB-nin 10 illik istiqrazlarına 250 mln. dollar yatırıb. Qiymətli kağızlar üzrə gəlirlilik 8,25% olub.

Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Maliyyə Nazirliyi bankın səhmlərinin 76,7%-nə, "Aqrarkredit" isə 14,6%-nə sahibdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR