SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Samir Şərifov hər şeyi təkzib edir...-RƏSMİ

25-05-2017, 12:58 | Oxunub: 10 098 |

Samir Şərifov hər şeyi təkzib edir...-RƏSMİ
Azərbaycan Maliyyə Nazirliyi Londonda maliyyə naziri Samir Şərifovla Qazaxıstanın Milli Bankının sədri Daniyar Akişev arasında keçirilmiş görüşə dair bu gün informasiya agentliklərindən biri tərəfindən yayılmış xəbəri təkzib edib. Həmin xəbərdə deyilirdi ki, Qazaxıstan Milli Bankının sədri bu ölkənin Vahid Yığım Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 250 milyon dollarının geri qaytarılmasına dair üç variant təklif edib. Lakin Samir Şərifov bildirib ki, Qazaxıstan Milli Bankının bu pulu geri tələb etməyə hüquqi əsasə yoxdur və təkliflər qəbul edilmir.

Bu məlumatla bağlı Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, Samir Şərifovun Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev arasında hər hansı görüş keçirilməyib.

Piriyev əlavə olaraq bildirib ki, ümumiyyətlə ötən gün kreditorlarlar ilə keçirilən görüşdə Qazaxıstan Milli Bankının sədri iştirak etməyib, Beynəlxalq Bankın restrukturizasiya proqramının təqdimatı çərçivəsində S.Şərifovun xarici kreditorlarla hər hansı təkbətək görüşü də keçirilməyib. Maliyyə nazirinin yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovla birgə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən “Bloomberg”, “Reuters”, “Financial Times”, “The Wall Street Journal” və başqaları, eləcə də “Fitch Ratings”, “Standard & Poor's” və “Moody's” beynəlxalq reytinq agentliklərinin nümayəndələri ilə görüşləri keçirilib.

O ki qaldı Londonda ABB-nin bütün kreditorlarına, o cümlədən Qazaxıstan Milli Bankına təqdim olunmuş xarici kreditorlar qarşısında olan öhdəliklərin restrukturizasiyası proqramının detallarına M. Piriyev bildirib ki, bu barədə ABB-nın dünən, mayın 23-də yaydığı press-relizdə ətraflı məlumat verilib.



Bəzi mətbu orqanlarda investorlara istinadən ortaya atılan “investorların qırxılması” xəbərinə də münasibət bildirən mətbuat katibi deyib ki, əksinə Beynəlxalq Bankın kreditorlarına bankın onlara olan borcunun əvəzinə daha yüksək kredit reytinqinə və etibarlılığa malik Azərbaycan dövlətinin xarici valyutada istiqrazlarının verilməsi təklifi həmin kreditorların mənafeyinə xidmət edəcək.

M.Piriyev restrukturizasiya proqramının elan olunmasının Azərbaycanın uzunmüddətli maliyyələşməsinə mənfi təsirinin olacağı barədə iddiaları da şərh edib: “11 may tarixində ABB-nın sağlamlaşdırılmasının növbəti mərhələsinin başlanması ilə əlaqədar məlumatların dərcindən sonra Azərbaycanın xarici bazarlarda ticarət olunan dövlət qiymətli kağızlarının gəlirliliyində, əsasən də spekulativ addimlar səbəbindən müəyyən artım (4.35% səviyyəsindən 4.61% səviyyəsinədək) müşahidə olunsa da 23 may tarixində restrukturizasiya planının ətraflı açıqlanmasından sonra qeyri-müəyyənlik aradan qalxdığından gəlirlilik dərəcəsi əvvəlki səviyyəyə qədər enmiş və hal-hazırda 4.35-4.40% həddində ticarət olunur. Bu isə Azərbaycan dövlətinin buraxdığı istiqrazlara marağın yüksək qalmasının göstəricisidir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR