SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq Bankdakı 220 milyon dollar: iqtisadçı arxayındır, deputat deyir “batdı”…

15-05-2017, 12:56 | Oxunub: 9 408 |

Beynəlxalq Bankdakı 220 milyon dollar: iqtisadçı arxayındır, deputat deyir “batdı”…
Azərbaycan Beynəlxalq Bankının xarici borclar üzrə ödənişləri dayandıraraq 3.3 milyard dollarlıq borcunun dövlətə transfer edilməsi restrukturizasiya planını elan etməsindən sonra Qazaxıstanda da narahatlıqlar baş qaldırıb. Buna səbəb Qazaxıstanın Vahid Yığım Peniya Fondunun həmin banka 220 milyon dollar yatırması faktının üzə çıxmasıdır. İndi Qazaxıstanda ekspertlər və rəsmilər həmin pulların aqibətinin necə olacağını müzakirə edirlər. Və bu məsələdə fərqli fikirlər var.
Qazaxıstan Milli Bankının sədrinin müşaviri, iqtisadçı Aydarxan Kusainov mətbuata açıqlamasında deyib ki, pensiya fondunun Beynəlxalq Banka yatırdığı pulların taleyindən narahat deyil. Onun sözlərinə görə, Azərbaycan hökuməti restrukturizasiya planı təqdim edib və bunun rəvan şəkildə həyata keçiriləcəyini düşünür. Ekspertin fikrincə plan açıqlanandan sonra birjalarda Beynəlxalq Bankın istiqrazları dəyərdən düşsə də sonra yenidən toplarlanmağa başladı ki, bu da investorların narahatlıqlarının azaldığını göstərir.


Kusainov Azərbaycan hökumətinin bankın xilas edilməsinə artıq 7.5 milyard dollar yönəltdiyini, bütün toksik aktivlərini aldığını xatırladıb. “Kotirovkalara baxın: Beynəlxalq Bankın investisiya reytinqi olanda neft ucuzlaşdı, istiqrazlar da 80 faiz dəyərdən düşdü. Hesab edirəm ki, onda pulların bankdan çıxarılması prosesi gedirdi. Əgər neftin qiyməti aşağıdırsa belə vəziyyətdə portfeli saxlamaq düzgün olardı. Hamı başa düşürdü ki, neftin 28-30 dollar olması müvəqqətidir, belə davam edə bilməz. Və belə də oldu”.

Qazax iqtisadçının sözlərinə görə, 2017-ci ilin əvvəllərində bankın istiqrazları az qala öz dəyərinə satılırdı. İndi investorlar panikaya düşə bilərlər, ancaq bu məqamı sakit qarşılamaq lazımdır. “İnvestorlar qısa müddət panika yaşasalar da hazırda bankın istiqrazları dəyər qazanır və bu da onu göstərir ki, investorlarda borcun ödəniləcəyinə dair əminlik yaranıb”-ekspert deyib.

Beynəlxalq Bankdakı 220 milyon dollar: iqtisadçı arxayındır, deputat deyir “batdı”…


Lakin Qazaxıstan parlamentinin deputatı Omarxan Oskikbayev “Kazinform”a deyib ki, pensiya fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılması menecmentin səhvi olub. “Mən hesab edirəm ki, fondun menecmenti bütün riskləri hesaba almayıb. Gərək hər şeyi detallı şəkildə öyrənərdilər. Onlar hansı parametrləri əsas götürüblər, deyə bilmərəm. Lakin indiki hallarda banka qoyulan pullar sığortalanmayıbsa deməli həmin pullar batdı. Təbii ki, bu da bizim fonda birbaşa zərərdir, eyni zamanda əmanətçilərimizin cibinə zərbə vurur”-deputat bildirib.

Oksikbayevn fikrincə pensiya fondunun pullarının banka yatırılmasına görə menecment daha çox məsuliyyət daşıyır. Milli Bank isə vəsaitlərin ümumi istifadəsinə dair siyasəti müəyyənləşdirir. Ona görə də Milli Bankın birbaşa məsuliyyətindən danışmaz düzgün olmazdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR