17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BEYNƏLXALQ BANK YENİDƏN MANATA ZƏRBƏ VURACAQ - Deputatdan xəbərdarlıq
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsi dövlətə ötürülür. Bununla bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.
Millət vəkili Vahid Əhmədov bildirib ki, bank özəlləşdirilməyə hazırlanır və buna görə də onun aktivlərində passiv aktivlər olmasın deyə bu addımlar atılır: “Məsələ ondan ibarətdir ki, səhmlərinin 51%-i dövlətə məxsus olsa da, vaxtında bankın üzərində lazımi nəzarət olmayıb. Bir nəfəri cinayət məsuliyyətinə cəlb ediblər. Amma faktiki qalan şəxslər kənarda qalıb. Bu gün bankın sağlamlaşdırılması əziyyəti yenidən dövlətin, əhalinin üzərinə düşür”.
“Söhbət 6 milyard manatdan gedir”
Millət vəkili bildirib ki, Beynəlxalq Bankda yaranan vəziyyət dövlət üçün çox böyük problemdir. Bankın aktivlərinin dövlət büdcəsi hesabına sağlamdırılırması maliyyə sisteminə təsir göstərəcək. Amma bankı hazırki vəziyyətdə saxlamaq da düzgün deyil: “Bankın sağlamlaşdıırılması düzgün qərardır”.