17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
SAMİR ŞƏRİFOV LONDONDA İNVESTORLARI ŞOKA SALIB – “Bu ki, bizi qırxmaqdır…”
Azərbaycan rəsmiləri investorları Beynəlxalq Bankı ləğv etməklə hədəlyib
Azərbaycanın suveren kredit reytinqi aşağı düşəcək
Azərbaycan Beynəlxalq Bankının 3.4 milyard dollarlıq xarici borcunun restrukturizasiyasına dair Londonda ötən gün kreditorlara təklif edilən plan banka borc verənləri şoka salıb. Bu barədə "Bloomberg” yazır.
"İnvestorlar olduqca narahatdır ki, onlara Azərbaycanın ən iri bankına verdikləri borcun 20 faizinin silinməsini, qalan hissəsinin isə dövlət istiqrazlarına keçirilməsini təklif edirlər. İnvestorlar bu xəbərdarlıqla qarşılaşıblar ki, əgər onlar planı dəstəkləməsələr bank bağlana bilər. Maliyyə naziri isə bəyan edib ki, kreditor əslində heç vaxt tam suveren qarantiyaya malik olmayıb”-agentlik Londonda keçirilmiş görüşün nəticələrinə əsasən yazır.
Təqdim olunmuş plan investorların üçdə ikisinin səsini qazanarsa qəbul edilmiş sayılacaq. Yəni bankın ümumi xarici borcunun üçdə ikisini vermiş kreditorların bu planı qəbul etməsi mütləqdir. Plan baş tutsa Beynəlxalq Bank restrukturizasiyanı avqustun 24-nə qədər başa çatdırmağı nəzərdə tutur.
"Kreditorlar onların bu cür qırxılmasına görə çox qəzəblidir”-Beynəlxalq Bankın "Landensbank Berlin İnvestment”dəki avrobondları da daxil olmaqla 2.2 milyard dollarlıq borcu idarə edən Luts Rohmayer deyib. "Bu təklif Azərbaycan dövlətinin ödəmək imkanı olduğu halda kreditorların pullarını ödəmək niyyətində olmadığını göstərir. Bu isə Azərbaycan üçün uzunmüddətli maliyyələşməni daha da bahalı edəcək”-Rohmayer əlavə edib.
Azərbaycan Beynəlxalq Bankının resturukturizasiya etməyə hazırlaşdığı borcun 1 milyard dolları Dövlət Neft Fonunun banka ilin əvvəllərində yatırdığı depozitdir. "Bloomberg” qeyd edir ki, Dövlət Neft Fondu da bankın özü kimi dövlətin nəzarətində olduğundan bu, banka restrukturizasiya planının qəbul edilməsi üçün lazım olan dəstəyin "hətta investorlarla danışıqlara başlamazdan əvvəl” az qala üçdə biri deməkdir.
Beynəlxalq Bankın restrukturizasiya planı üzrə məsləhətçi kimi seçdiyi "Lazard Freres”dən Erik Lalo bildirib ki, banka 2.4 milyard dollarlıq borc vermiş kreditorlar ya Beynəlxalq Bankın yeni borc istiqrazlarını seçməlidir. Ya da verdikləri pulun 20 faizindən keçməklə borcun qalan hissəsini daha yuxarı faizlə dövlət istiqrazlarına keçirə bilərlər.