SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Beynəlxalq Bankdan əmanətlərin çıxarılmasına məhdudiyyət yoxdur” – Nazir müavini

25-05-2017, 11:06 | Oxunub: 7 286 |

“Beynəlxalq Bankdan əmanətlərin çıxarılmasına məhdudiyyət yoxdur” – Nazir müavini
“Əhalinin əmanətlərini Azərbaycan Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas və həyəcan yoxdur”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı maliyyə nazirinin müavini, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən ictimaiyyətə kifayət qədər açıqlama və izahat verilib.

“Hesab edirəm ki, əlavə izahata ehtiyac varsa, bu istiqamətdə də işlərini gücləndirərlər. Əhalinin əmanətləri ilə bağlı heç bir problem yoxdur. Bilirsiniz ki, ötən il əmanətlərin sığortalanması ilə əlaqədar bütün məhdudiyyətlər aradan qaldırılıb. Həcmindən asılı olmayaraq bütün əmanətlər dövlət tərəfindən qorunur. Biz Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Kimlər tərəfindən müraciət olunursa, həmin şəxslərin öz əmanətlərini geri götürməsində heç bir problem yoxdur.
Ümumilikdə isə əmanətlərin götürülməsi üçün heç bir əsas və həyəcan yoxdur. İndi sırf xaricdən cəlb edilmiş kreditlərlə əlaqədar restruktruzasiya ilə bağlı xarici investorlarla müzakirə gedir. Ölkədaxili borclar, o cümlədən əhalinin əmanətləri ilə bağlı proseslər öz qaydasında davam edir və bu istiqamətdə heç bir problem yoxdur. Bankın rəhbərliyinə də tövsiyə olunur ki, bu istiqamətdə təbliğat işini daha da genişləndirsinlər”
, – deyə A. Bayramov vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR