17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MƏRKƏZİ BANKDAN “NAXÇIVANBANK”-la BAĞLI AÇIQLAMA
Mətbuatda gedən informasiyaya əsasən “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 25 dekabr 2015-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN/USD məzənnəsinə uyğun olaraq aparılacağı bildirilib.
"EMTV.az" xəbər verir ki, Kiçik bank olan “Naxçıvanbank” ASC üzrə xarici valyutada kredit portfeli cəmi 934 min ABŞ dollardır və 370 nəfəri əhatə edir.
Kreditlərin 1,05 AZN/USD məzənnəsi ilə qaytarılması nəticəsində yaranacaq 420 min manat zərər böyük vəsait olmadığı üçün “Naxçıvanbank” ASC tərəfindən öz vəsaitləri hesabına qarşılanacağı mümkün görünür.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilir.
Bildirilib ki, ölkə miqyasında isə kredit təşkilatları tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərin həcmi 2 mlrd. dollar təşkil edir.
“Lakin bir sıra kütləvi informasiya vasitələrində eyni addımın bankların vəsaitləri hesabına ölkə miqyasında da atılması üzrə populist çağırışlar bankların maliyyə vəziyyətini pisləşdirə və ilk növbədə əhalinin əmanətləri üçün təhlükə yaradardı”, - deyə AMB-nin açıqlamasında bildirilir.