18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Beynəlxalq Bankın sağlamlaşdırılması üçün buraxılan 10 mlrd. manatlıq istiqrazın bir hissəsi uçota alınmayıb
"Aqrarkredit" QSC tərəfindən təqdim olunmuş emissiya edilmiş istiqrazlar barədə məlumata əsasən 2016-cı il ərzində emissiya edilmiş istiqrazların nominal dəyəri 7 mlrd. manata qarşı istiqrazların satışından 7,5 mlrd. manat vəsait daxil olub.
Bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Belə ki, 2015 və 2016-cı illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli kreditlərinin bağlanması məqsədilə "Aqrarkredit" tərəfindən emissiya edilən dövlət zəmanətli istiqrazların 10 mlrd. manatının qeydiyyatdan keçməsinə və onların satışından daxil olan 10 mlrd. manat vəsaitə və bundan başqa 2016-cı ildə ərzində dövlət zəmanəti ilə Azərbaycan Mərkəzi Bankından (AMB) Əmanətlərin Sığortası Fonduna 460 mln. manat kredit ayrılmasına baxmayaraq, daxili dövlət borcunun uçotunda həmin məbləğlərin bir hissəsinin uçotda əks olunmaması, bir hissəsinin isə şərti öhdəlik kimi nəzərə alınması müşahidə olunub.
Eyni zamanda 2016-cı il ərzində "Aqrarkredit" təşkilatı tərəfindən dövlət zəmanətli emissiya edilən istiqrazların məbləği 7 mlrd. manat təşkil edib.
Emtv.az