17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mərkəzi Bankın hökumət idarələri qarşısında öhdəlikləri 1,7 mlrd. manat azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) hökumət idarələri qarşısında öhdəlikləri kəskin azalıb.
"PricewaterhouseCoopers Audit Azerbaijan" MMC tərəfindən aparılan audit hesabatında qeyd edilib ki, Mərkəzi Bankın hökumət idarələri qarşısında cəmi öhdəlikləri 2 mlrd. 697 mln. 269 min manat təşkil edib ki, bu da 2015-ci ilin sonuna olan göstəricidən 1,6 dəfə və ya 1 mlrd. 653 mln. 575 min manat azdır.
AMB-nin hökumət idarələri qarşısında öhdəliklərin strukturuna nəzər salanda məlum olur ki, bunun 2 mlrd. 435 mln. 715 min manatı Mərkəzi Xəzinədarlığın bankda hesablarının, 207 mln. 180 min manatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesablarının, 54 mln. 374 min manatı isə digər tələb olunanadək cari hesablarının payına düşür.
Mərkəzi Xəzinədarlığın Mərkəzi Bankda hesabları 41% azalsa da, ARDNF-nin hesabları və digər tələb olunanadək cari hesablarda artım qeydə alınıb. Belə ki, ARDNF-nin AMB-dəki hesabları 198,375 mln. manatdan 207,180 mln. manata, digər tələb olunanadək cari hesablar 47,318 mln. manatdan 54, 374 mln. manata yüksəlib.
Qeyd edək ki, AMB-nin ARDNF-nin cari hesabı üzrə öhdəliklərinə görə faiz xərcləri 84,716 min manat təşkil edib.
Emtv.az