SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazirlər Kabineti ötən il Ehtiyat Fondunun 68%-ini ABB-nin nizamnamə kapitalına xərcləyib

22-05-2017, 12:18 | Oxunub: 10 084 |

Nazirlər Kabineti ötən il Ehtiyat Fondunun 68%-ini ABB-nin nizamnamə kapitalına xərcləyib
2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondunun vəsaitlərinin 68%-i "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalının artırılmasına yönəlib. Emtv.az "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesablama Palatasının təqdim etdiyi rəqəmlərə əsasən, 2016-cı ildə Nazirlər Kabinetinin Ehtiyat Fondu üçün dövlət büdcəsindən 831 mln. 380,4 min manatın ayrılması nəzərdə tutulub, lakin 828 mln. 972,8 min manat ayrılıb. Xərclənən vəsaitin 77,5%-i üç strukturun payına düşüb: ABB (564 mln. manat, 68%), Mərkəzi Seçki Komissiyası (46,103 mln. manat, 5,7%) və Müdafiə Nazirliyi (31,771 mln. manat, 3,8%).

Qeyd edək ki, ABB cari ilin yanvar ayında nizamnamə kapitalının 93,5% artırılaraq 1 mlrd. 241 mln. 287 min 248,06 manata çatdırıldığını elan edib. Kapitallaşma prosesində 600 mln. manatlıq əlavə səhm emissiyasının hesabına baş verib. Beləliklə, Maliyyə Nazirliyi ABB-nin kapitalında iştirak payını 54,96%-dən 76,73%-ə çatdırıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR