SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıt Dövlət Universitetində təhsildən başqa hər şey var - İDDİA

23-05-2017, 10:56 | Oxunub: 16 058 |

Sumqayıt Dövlət Universitetində təhsildən başqa hər şey var - İDDİA
Elxan Hüseynov

Artıq bu gün universitet yenə Nadir Qəhramanovun zamanındakı duruma düşüb

Bu gün Ali təhsil ocaqlarındakı durum hamını narahat edir və bu narahatçılığın ciddi əsasları da var. Elə buna görə də son illər Azərbaycanda universitetlərə gənclərdə maraq azalıb və yüksək bal toplayan tələbələr daha çox Avropaya, ən pis halda isə Türkiyəyə üz tuturlar. Bu isə sözsüz ki, təhsil ocaqlarındakı durumla bağlıdır. Belə ali məktəblərdən biri də Sumqayıt Dövlət Universitetidir. Universitetə uzun müddət qəssab ləqəbli Nadir Qəhrəmanov rəhbərlik edib. Məhz o dövrdən universitetdə rüşvət açıq-aşkar alınmağa başladı və təhsilə ölümcül zərbə vuruldu. Saxta diplomdan tutmuş, dərsə gəlməyərək diplom alanlara qədər yüz cür hoqqalardan çıxan Nadir Qəhramanov nəhayət ki, uzaqlaşdırıldı. Yerinə isə BDU-in müəllimi olmuş Elxan Hüseynov gətirildi. Gəlişinin ilk aylarında nizam-intizamın yaranmasına çalışan Elxan Hüseynov bir müddətdən sonra başladığı işi yarımçıq buraxdı. Daha doğrusu uzun illər Nadir Qəhramanovun pul yığanları ilə mübarizəni dayandırdı. Artıq bu gün universitet yenə Nadir Qəhramanovun zamanındakı duruma düşüb.

Universitet tələbələrinin mətbuata deməsinə görə universitetdə ən ciddi problemlərdən biri də müəllim heyətinin həddindən artıq zəif olmasıdır. Bunun isə başlıca səbəbi budur ki, rüşvətdən uzaq olan savadlı müəllimlərə qarşı gözügörünməz qüvvələr kompaniya təşkil edir və universitetdən kənarlaşmalarına nail olurlar. Bu günə qədər universitetdə təmizliyinə görə ad qazanmış Rasim İsmayılov, Elçin İsgəndərzadə kimi müəllimlər təhsil ocağında işləməkdən imtina ediblər. Rektor Elxan Hüseynov isə başqa cür ad qazanmış müəllimlərin əhatəsindədir və faktiki universitetə rəhbərliyi həyata keçirdə bilmir. Buna görə də universitetin maddi-texniki bazası işbazlar tərəfindən açıq şəkildə talan edilir. Universitet tələbələrinin başqa bir iddiasına görə smestrlər başalayan zaman tələbələrin qara günləri də başlayır. Çünki smestr ərzində azından 6 imtahan olur və hər imtahanın qiyməti 60 manatdır. Beləcə bir tələbə kəsirsiz smestri başa vurmaq istəyirsə 360 manatdan keçməlidir. İndi təsəvvür edin ki, universitetdə nə qədər tələbə oxuyur və bir il ərzində bu tələbələr 720 manat pul ödəməyə məcburdurlar. Universitetin başqa bir problemi isə kadr potensialının olmamasıdır. Savadlı müəllimlər universiteti tərk edəndən sonra işə qəbul olunan müəllimlərin əksəriyyətinin savadı orta məktəb müəlliminin səviyyəsindən də aşağıdır. Çox maraqlıdır ki, bu universitetdə işə qəbul olmaq istəyən müəllimlərin əksəriyyəti saxta diplomalarla ad qazanan ABU-nun və Təfəkkür universitetinin məzunlarıdır. Onların hansı savada malik olduqlarını isə hamı yaxşı bilir. Universitet haqqında bilgisi olanlar buna görə hesab edirlər ki, Sumqayıt Dövlət Universiteti bu gün ali məktəblərin sıralamasında ən axırıncı yerdə durur. Əgər rektor Elxan Hüseynov yaxın zamanlarda konkret tədbirlər görməsə durum daha da ağırlaşacaq. O ki, qaldı universitetin maddi-texniki bazasına, dəfələrlə universitetin iqtisadi məsələlər üzrə prorektoru Hacıyev Naibə yaxın şəxslər bildirib ki, onların bütün səlahiyyətləri, hətta universitetin yeməkxanasına ərzaqın belə gətirilməsinə onlar qatışa bilmir və bu cür məsələlər yuxarılarda (?) həll olunur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR