SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Bu ali təhsil ocağında bazar açıblar - İTTİHAM VAR

19-05-2017, 12:21 | Oxunub: 9 333 |

Bu ali təhsil ocağında bazar açıblar - İTTİHAM VAR
Eldar Allahyar oğlu Quliyev -Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru.

Əslində qəribə səslənir. Həm rektor, həm də millət vəkili. Bununla yanaşı ölkənin ən böyük topdansatış mərkəzi sayılan “Azərittifaq”ın rəhbəri. Qanunlar rektor olan şəxsin millət vəkili olmasını qadağan etdiyi zaman Eldar Quliyevin iki adı daşımasına nə deyək?. Ola bilsin ki, Eldar müəllim üçün bu ölkənin qanunları önəm kəsb etmir və onun bu gün rəhbəri olduğu Universitetdə baş verən rüşvətxorluq kimlərinsə maraqlarına xidmət etdiyindən susmağa üstünlük verilir.
Eldar Quliyevin “Azərittifaq”-ın sədri kimi qanunsuz fəaliyyətindən və Dövlətə vurduğu küllü-miqdarda ziyandan yazmazdan öncə rəhbəri olduğu Azərbaycan Kooperasiya Universitetində yaratdığı özəl qaydalardan bəhs edək. Rektor və deputat universitetdə əməlli başlı “bazar” açıb. Araşdırmaya görə təhsil ocağı adlandırdığımız Universitetdə tələbələr imtahanların və diplom işinin qiymətini yaxşı bilirlər. Hər imtahana görə tələbələrdən 100 manat tələb olunur. Maraqlıdır ki, imtahanlarda iştirak etməyən tələbə Eldar müəllimin tətbiq etdiyi özəl qaydalara riayət edib tələbləri yerinə yetirsə, yəni istənilən rüşvəti versə istəyinə çata bilər.
Universitetdə Azərbaycan qanunları işləmir. Hamı rektorun qaydaları ilə idarəetməni həyata keçirir. Universiteti bitirmək üzrə olan tələbələr isə daha çox xərcə düşməyə məhkumdurlar.(reallıq)Biznesmen deputat və rektor Eldar Quliyevin tələbi ilə “Diplom işi”nə nə az nə çox 1500 manat rüşvət tələb olunur və bu tələbi yerinə yetirməyən tələbə “PROFOSSORUN” qəzəbinə tuş gələ bilər. Məhz bu səbəbdən hazırda universitetdə etirazlar coşmaqdadır. Bu etirazlar aidiyyatı qurumları və ölkədə təhsil sistemini iflic edən Təhsil nazirliyini görünür narahat etmir.


Azərbaycan Kooperasiya Universitetində baş verən özbaşınalıqlar bunlarla bitmir.Əməkdaşımızın tələbələrlə söhbəti zamanı aydın olub ki, universitetdə müəllimlər imtahanlar zamanı qarşıya qoyulan tələblərin rektorun tapşırığı əsasında həyata keçirildiyini açıq ifadə etməkdən çəkinmirlər. Eldar müəllimin istəklərini icra edən dekanlar və kafedra müdirləri tələbələri “soymaqla” məşğuldurlar. Lakin, rektorun millət vəkili və bəzi şəxslər kimi toxunulmaz statusda olması qanunların bu təhsil ocağında önəm daşımadığı anlamına gəlir. Suallar Təhsil nazirliyinə ünvanlansada cənab nazir Mikayıl Cabbarovun baş verənlərdən xəbərsiz olduğuna inanmaq çətin gəlir. Hamının “yeni bazar“ kimi tanıdığı universitetdə baş verən rüşvətxorluğun səbəbkarları sırasında Təhsil nazirinin də adını qeyd etmək olar.
Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin qanunsuz əməlləri və fəaliyyəti ilə bağlı araşdırmalar davam edir. Millət vəkili həm də qanunsuz olaraq rektor kimi fəaliyyətini davam etdirən E.Quliyevin qaranlıq əməlləri barədə yaxın zamanda ətraflı məlumat verəcəyik.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR