SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Millət vəkilinin universitetində “kooperativ bazarlıq” başladı - Təfsilat

30-12-2016, 14:55 | Oxunub: 9 332 |

Millət vəkilinin universitetində “kooperativ bazarlıq” başladı - Təfsilat

Azərbaycan Kooperasiya Universitetində qış bazarı başlayıb

Yerli mətbuatın məlumatına görə, deputat Eldar Quliyevin rektor olduğu bu ali məktəbdə hər semestr qabağı olduğu kimi bu dəfə də tələbələrdən imtahan pulları alınır.

Artıq tələbələr də bu vəziyyətə vərdiş ediblər. Onlar bilirlər ki, kooperativ maraqlar üzərində qurulmuş bu təhsil ocağında pulsuz xidmət göstərilmir.

Ali məktəblərdə qış semestr imtahanları yaxınlaşır. İmtahanlar yaxınlaşdıqca ali təhsil ocaqlarında rüşvətin qiyməti də artmağa başlayıb. Kooperasiya Universitetində də artıq rüşvət yığımı start götürüb.

Tələbələrdən semestr pulları toplanmağa başlanıb. Burada imtahan qiymətləri 80-100 manatdan başlayır. AKU-da hər semestr hər tələbə 200-300 manat verməyə məcbur edilir.

Tələbələr isə fakültə dekanlarının qapısında növbəyə dayanıblar. Onlar istənilən həmin məbləği verməsə imtahanlardan kəsilirlər. Müəllimlər imtahandan öncə tələbələrə bildirir ki, tələb olunan vəsaiti verməsəniz qiymət gözləməyin.

Ona görə də bəzi savadlı tələbələr bu kimi haqsızlıqlarla üzləşməmək üçün tələb olunan vəsaiti əvvəlcədən verməyə məcbur olurlar. Ali məktəbin nəzdindəki Bakı Biznes və Kooperasiya Kolleci da eyni üslubda fəaliyyət göstərir. Emtv.az qeyd edir ki, politika.az-a daxil olan məlumatda, kollec rəhərliyinin tələbələrdən imtahanlarda yığdığı rüşvəti şöbə müdirləri ilə və fənn birləşmə rəhbərləri həyata keçirir.

Şöbə müdirləri ilə fənn birləşmə rəhbərləri isə öz növbələrində rüşvəti qrup nümayəndəsinin əli ilə alırlar.

Tələbələrə paylanılan imtahan blanklarına isə şöbə müdirləri birbaşa nəzarət edirlər və hər hansı bir məsələdə yanlışlığın olmamasına çalışırlar.

Hər bir imtahan blankı müəllimin ya da, qrup nümayəndəsinin iştirakı və rəhbərliyi ilə doldurulur və elə ordaca geri qaytarılır.

Kollecdə özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Müəllim və tələbələrin dərsə davamiyyəti sıfıra bərabərdir. Elə müəllim var ki, adı ştatda gedir. Lakin özü dərslərdə iştirak etmir.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR