SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

REKTORDAN TƏLƏBƏLƏRƏ MƏCBURİ “DOLLAR ƏRİZƏSİ”

29-12-2015, 16:37 | Oxunub: 8 351 |

REKTORDAN TƏLƏBƏLƏRƏ MƏCBURİ “DOLLAR ƏRİZƏSİ”REKTORDAN TƏLƏBƏLƏRƏ MƏCBURİ “DOLLAR ƏRİZƏSİ”
"EMTV.az"ın redaksiyasına Bakı Qızlar Universitetindən daxil olan məlumata əsasən, Ali məktəbin rektoru Ağarəhim Rəhimovun göstərişi ilə tələbələr qarşısında ağır şərtlər qoyulub. Beləki, manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunub.
Hətta tələbələrə bu əmri yerinə yetirmək üçün məcburi ərizə yazdırılması haqda da məlumat verilir. Sonra mənbədə bildirilir ki, tələbələr artıq imtahan qabağı olmasına baxmayaraq etiraz aksiyalarına başlayacaqlar.

Təhsil ocağının rəhbərliyi isə qanunazidd addımlarını davam etdirərək tələbələrə hələ də məcburi ərizə yazdırmağı davam etdirir. Prorektorlar və dekanlar isə rektor Ağarəhim Rəhimovun sifarişini guyaki, tapşırıq yuxarıdan gəldiyindən məcburi həyata keçirməyə çalışırlar.
Rektordan tələbələrə məcburi “dollar ərizəsi”
Mənbə bildirir ki, heç bir dövlət təhsil müəssisəsi bu addımı atmadığı halda Qızlar Universitetinin kişi rektoru isə yuxarıdakı, dayaqlarına arxalanaraq, qızlara öz kişiliyini göstərməyə çalışır. Dövlət başçısı çıxışında süni bahalaşmaya gedənlərin və özbaşınalıq edənlərin cəzasını alacağını açıqlayıb. Rektor isə ölkə başçısının xəbərdarlığına məhəl qoymadan qanunsuzluğa yol verir. Hətta Universitetdə oxuyan tələbə qızlar öz aralarında razılaşıblar ki, yeni il bayramından sonra valideyinlərini də götürərək Təhsil Nazirliyi qarşısında aksiya keçirsinlər və Nazir Mikayıl Cabbarovun istefasını tələb etsinlər.

Ümumiyyətlə, indiyə kimi Bakı Qızlar Universitetində yaşanan neqativ hallar barədə mütəmadi olaraq mediada məlumatlar yayımlanıb. Hətta rublika.azda da gedən məlumatda bildirilir ki, universiteti ailə biznesinə çevirərək ABU-nun sabiq və axtarışda olan rektoru Elşad Abdullayev kimi Ağarəhim Rəhimov öz şəxsi maraqları ilə işlədərək, qanunları ayaqlar altına ataraq tapdalayır.

Hətta buna etirazını bildirən tələbələrin imtahan zamanı olduğundan, onlara qarşı böyük süni problemlərin olacağınıda bildirirlər. Məsələ ilə əlaqədar dəfələrlə etdiyimiz zənglərə baxmayaraq universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən heç bir məlumat ala bilmədik. Bununla əlaqədar olaraq "EMTV.az"-a Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, təhsil haqlarının artırılması ali təhsil müəssisələrinin səlahiyyətindədir: “Bu məsələ yenə də həmin müəssisələrin səlahiyyətində saxlanılacaq. Ancaq buna baxmayaraq hələlik ödənişlərin artımı gündəmdə deyil. Mart ayında universitetlərdə yeni tədris planı qurulacaq. Onda bu məsələyə baxılacaq”.


P.S Unversitet rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.


REKTORDAN TƏLƏBƏLƏRƏ MƏCBURİ “DOLLAR ƏRİZƏSİ”

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR