SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İMTAHANDAN KƏSİLƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ ŞANS

14-01-2016, 11:35 | Oxunub: 11 158 |

İMTAHANDAN KƏSİLƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ ŞANS
Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən və işə yeni qəbul olunan müəllimlər üçün bu ilin yayında yenidən diaqnostik qiymətləndirmə keçirilə bilər.

"EMTV.az" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev deyib.
Onun sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin davamiyyəti 98 faiz təşkil edib: “Bəzi rayonlarda hətta 100 faiz nəticə göstərildi. Müəllimlərimizin böyük əksəriyyəti diaqnostik qiymətləndirmədə iştirak edib. Ancaq müəllimlərin 1 faizi müəyyən səbəblərdən, əsasən də sağlamlıq imkanları ilə əlaqədar diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib”.

İ.Nağıyev əlavə edib ki, 12 bölgə üzrə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən 25693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib: “Həmin kontingentlərin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, onda birinci növbədə öz üzərilərində işləməlidirlər. Onlar yenidən hazırlaşmalıdırlar ki, diaqnostik qiymətləndirmədən keçə bilsinlər”.
Şöbə müdiri bildirib ki, 12 bölkə üzrə keçirilən diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər: “Biz 2-3 nəfərə görə imtahan keçirə bilmərik. Əgər görsək ki, müəyyən kontingent yığılıb, onda bu il ərzində yenidən diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılacaq. Amma bu, saydan asılıdır. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Biz elə həmin ərəfədə də imtahan keçirə bilərik. Bununla da işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün elə bir imtahan təşkil oluna bilər və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər”.
İ.Nağıyev deyib ki, diaqnostik qiymətləndirmənin ölkənin qalan rayon və şəhərlərində də keçirilməsi üçün artıq uğurlu təcrübə var.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR