17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MÜƏLLİMLƏRİN MAAŞI ARTDI
Əmək haqlarının artımı diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərə şamil ediləcək. Amma artım zamanı qiymətləndirmədən keçən müəllimlər arasında fərq qoyulmayacaq, artım bütün müəllimlərin əmək haqlarına eyni səviyyədə təsir göstərəcək.
"EMTV.az" xəbər verir ki, Bunu Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov diaqnostik qiymətləndirmə zamanı fərqli nəticələr göstərən müəllimlərin əmək haqlarının fərqli prinsiplərlə artıb-artmayacağına aydınlıq gətirərkən deyib.
Nazir müavinin sözlərinə görə, amma sonrakı mərhələlərdə - attestasiya, differensiyallaşdırılmış əmək haqqınının tətbiqi zamanı müəllimlərin əmək haqlarında fərqlər olacaq.
Gələn il yanvarın 1-dən maaşları yüksəldiləcək 9 rayon və 3 şəhərin müəllimlərinin əmək haqlarında artımın hansı səviyyədə olacağına gəldikdə isə C.Bayramov deyib ki, əmək haqqı artımı Azərbaycan Prezidentinin bir il bundan əvvəl bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncama uyğun olaraq həyata keçiriləcək.
Nazir müavini həmin sərəncama uyğun şəkildə artıq 2015-ci il yanvarın 1-dən Bakı şəhərində müəllimlərin əmək haqlarının artımının baş verdiyini xatırladıb: “İndi eyni qayda 3 şəhər, 9 rayonda 2016-cı il 1 yanvar tarixindən tətbiq olunacaq. Orada sınaq qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Əmək haqları da həmin yeni qaydalarla hesablanacaq. Orta hesabla 1,5 dəfə dərs yükü norması, iki dəfə isə əmək haqqı artırılacaq. Orta hesabla bir dərs saatının dəyəri təxminən 35 faiz artacaq”.
C.Bayramov qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alına bilər: “Diaqnostik qiymətləndirmənin nəticələri məktəb rəhbərliyi üçün təhlil aparmaqdan ötrü əlavə materialdır. Çünki onlar bu nəticələrə əsasən görürlər ki, sınaq qiymətləndirmədə bu və ya digər fənlərdən yüksək bal toplamış müəllimlər yuxarı sinif proqramlarını daha yaxşı mənimsəyirlər”.
Nazir müavininin sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin ixtisasartırması zamanı da nəzərə alınacaq: “İxtisasartırma artıq modullarla istiqamətlər üzrə müəyyənləşir. Müxtəlif səviyyəli sınaq qiymətləndirmədən keçən müəllimlər üçün müxtəlif tipli ixtisasartırma proqramları keçirilir. Bu nəticələr müəyyən mənada həmin müəllimlərin fəaliyyətlərindəki boşluqları görüb öz üzərlərində daha yaxşı işləmələri üçün bir materialdır”.
Qeyd edək ki, ilk dəfə 2014-cü ildə paytaxt məktəblərində çalışan 30 min müəllimin ixtisas və metodika sahəsində biliklərinin, kommunikativ qabiliyyətlərinin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu ilin sonuna kimi ölkənin daha 3 şəhər və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi prosesi başa çatacaq. Gələn il yanvarın 1-dən onların maaşları artımla hesablanacaq.
Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunur.