SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Memarlıq və İnşaat Universiteti-təhsildə rüşvətin memarıdır

7-02-2017, 15:32 | Oxunub: 15 935 |

Memarlıq və İnşaat Universiteti-təhsildə rüşvətin memarıdır
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təhsildə rüşvətin memarlarından biridir. Bu iddia ilə bir qrup tələbə çıxış edib.

Onların yerli mətbuata müraciətində qeyd olunur ki, bu qış semestrini də gülərüz, mehriban və xoş əhval-ruhiyyə ilə yola veriblər.

İmtahanların gedişində və qiymətlərin yazılmasında nə rektorluq, nə də fakultələrin dekanları tələbələri incidib. Eləcə də tələbələr onların üzünü ağ edib və çətinə salmayıb. Beləcə 2017-ci ilin qış imtahanları da bayram ovqatında keçib.

Çünki iqtisadi çətinlik, böhran və devalvasiyaya baxmayaraq, təhsil ocağında qiymətlərin qiyməti qalxmayıb. Necə deyərlər - rüşvət bahalaşmayıb. Bu da tələbələrin ürəyincə olub və qarşılıqlı anlaşma şəraitində semestr imtahanları başa çatıb.

Bu universitetdə həyata keçirilən pul yığımlarının arxasında rektor Gülçöhrə Məmmədovanın bacısının durduğu iddia olunur

Məlum olduğu kimi son vaxtlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallar yenidən mətbuatın gündəminə yol tapmaqdadır.

Bu ali təhsil müəssisəsində baş verən rüşvət yığımları, müəllim-professor heyətinə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları müxtəlif kütləvi informasiya vasitələrində yer alır.

Yerli mətbuata şikayət edən tələbələrin müraciətində qeyd olunur ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə sessiya imtahanlarıdır.

Məlumatlarda bildirilir ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə alınan pulun minimal məbləği 50-70 manat təşkil edir. Təqribən, bir semestr 250-300 manata başa gəlir.

Mediada yayılmış məlumatlarda iddia olunur ki, Gülçöhrə Məmmədova bacısının həyat yoldaşına da universitetdə mühafizə xidmətinin rəisi vəzifəsini verməklə, AzMİU-nu demək olar ki, əsil ailə müəssisəsinə çevirə bilib.

Bu arada isə, mətbuatda yayımlanan məlumatlarda Gülçöhrə Məmmədovanın yeni biznes-layihəsi barədə maraqlı açıqlamalar təqdim olunur.

Məlumatda deyilir - Memarlıq və İnşaat Universitetinin rektoru Azər adlı şərikilə birlikdə Məmməd Rahim küçəsinin bir hissəsini zəbt edib. Belə ki, Gülçöhrə Məmmədova avtodayanacaq biznesinə girişməyə qərar verib.

Daha sonra qeyd edilir ki, bir müddət bundan əvvəl Hesablama Palatası AzMİU-da yoxlamalar apararaq ciddi qanun pozuntularını da aşkara çıxarmışdı.

Palatadan bildirilmişdi ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilmyib.

Təsdiq olunmuş ilkin xərc smetalarında çoxsaylı, bəzi hallarda isə zərurət olmadığı halda dürüstləşmələr aparılmışdı. Bu isə universitet rəhbərliyi tərəfindən sürəkli olaraq, mənimsəmə hallarına da yol verildiyinə dəlalət edirdi.

Onu da yada salaq ki, rektorun adı plagiat işində hallanıb. Bu haqda məlumat vermişdik. Yazıdakı iddialarla bağlı universitet rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR