SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"KNAUF" ŞİRKƏTİNDƏN AzMİU-NUN TƏLƏBƏLƏRİNƏ DƏVƏT

27-04-2016, 17:32 | Oxunub: 8 508 |

"KNAUF" ŞİRKƏTİNDƏN AzMİU-NUN TƏLƏBƏLƏRİNƏ DƏVƏT
Aprelin 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “KNAUF” şirkətinin nümayəndələrinin tələbələrlə görüşündə

“KNAUF materialları – gənc memarların seçimi” mövzusunda ən yaxşı memarlıq müsabiqəsi barədə məlumat verilib.

"EMTV.az" xəbər verir ki, Şirkətin texnik və tədris şöbəsinin rəhbəri Dəyanət Baxşəliyev diqqətə çatdırıb ki, müsabiqə “KNAUF materialları yaşayış binalarının və ictimai binaların interyerində” nominasiyaları üzrə keçiriləcək.

Müsabiqəyə biznes və ticarət mərkəzləri, otel, mehmanxana, idman qurğuları, sosial daşınmaz əmlak obyektləri - uşaq bağçaları, məktəb, poliklinika, teatr, kinoteatr, sərgi salonları, mənzil, fərdi yaşayış evləri, yaşayış komplekslərinin interyerlərinin layihələri qəbul olunur.

D.Baxşəliyev deyib ki, müsabiqəni keçirməkdə məqsəd “KNAUF” materiallarının tətbiqi ilə hazırlanmış ən yaxşı layihələri seçmək, memarlıq və layihə təcrübəsinə “KNAUF”a aid yeni texnoloji həlləri daxil etmək, bu məhsullar haqqında informasiyaları yaymaqdır.

Bütün işlər müsabiqənin internet səhifəsində müntəzəm olaraq yerləşdiriləcək və layihələrin nəticələri elan olunacaq.

Hər nominasiyada 1-ci yeri qazanmış iki qalib “KNAUF” tərəfindən Almaniyaya səfər sertifikatı qazanacaq. Müsabiqədə 2 və 3-cü yerlərin sahibləri olacaq dörd qalib isə dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

AzMİU-nun tələbələrinin də iştirak edəcəyi müsabiqə işlərinin qəbuluna artıq başlanılıb, proses iyunun 30-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR