SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

MTN polkovnikinin məhkəməsində şahidlər ifadə verib

17-05-2017, 14:18 | Oxunub: 10 357 |

MTN polkovnikinin məhkəməsində şahidlər ifadə verib
Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində Elyar Abdullayev ifadə verib. O bildirib ki, Vidadiyə Mirəziz Əsgərovun zəng etməsinin şahidi olub: “Mirəziz deyirdi ki, işlə, bizə də gətir. Bunu mənə Vidadi telefonda danışandan sonra deyib. Vidadinin dediyinə görə, ondan 100 min manat istəyib. Vidadinin pul verməsinin şahidi olmamışam. Onu bilmişəm ki, Mirəziz Vidadiyə dəfələrlə zəng edib”.

Daha sonra şahid qismində ifadə verən Ziyad Rzayev bildirib ki, Vidadi Əzizovun xalası qızının həyat yoldaşıdır. Onun sözlərinə görə, Goranboy rayonunda yataq alıb və ferma salıb: “Həmin fermanın salınması üçün vəsaitin bir hissəsini Vidadi verib. Sonra Vidadi qoyunlar da aldı və ferma işə başladı. 2012-ci ildə Vidadiyə MTN-dən zəng gəlib. Həmin zənglərlə bağlı maraqlandım. Vidadi dedi ki, pul istəyirlər. Mən də dedim ki, pul ver, canını qurtar. Sonradan Vidadi fermada olan qoyunları satdı. Qoyunlar satılanda qızımın xəstə olması ilə bağlı Bakıda olmuşam”.

Hakim bildirib ki, iş üzrə dəvət olunan digər şahidlər MTN-in əməkdaşlarıdır. Həmin şahidlərin məxfi işlərlə bağlı ifadə verəcəyini deyən hakim prosesin bu hissəsini qapalı keçirilməsini təklif edib. Bundan sonra proses qapalı keçirilib. Qapalı prosesdə MTN zabiti Aydın Manafov və digərləri ifadə verib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR