SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“MTN əməkdaşları silahı başıma dirədi” - Şahid

12-05-2017, 12:30 | Oxunub: 9 485 |

“MTN əməkdaşları silahı başıma dirədi” - Şahid
Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almış Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin qardaşı Əziz Əzizov şahid ifadəsi verib. O bildirib 2012-ci il aprelin əvvəllərində qardaşının həyat yoldaşı Təranə ona zəng edərək, qardaşı Vidadinin tutulduğunu deyib. Vidadi Əzizov həmin gün evə qayıdıb və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, onun bankdan götürdüyü pulun 670 min manatını aldıqlarını, sonradan 300 min manatını qaytardıqlarını söyləyib: “Bir neçə gün sonra qardaşım dedi ki, ondan əl çəkmirlər və yüz min manat da tələb edirlər. Biz də 40 min manat düzəldib verdik”.
İclasda M. Əsgərovla zərərçəkmiş tərəf arasında mübahisə baş verib. Hakim ona səbirli olmağı məsləhət bilib. Bu zaman Mirəziz Əsgərov artıq dözə bilmədiyini deyib. O, bildirib ki, şər-böhtanla həbs edilib.

Şahid qismində ifadə verən Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova bildirib ki, həyat yoldaşı ilə bankdan pul götürüblər. Maşına oturarkən maskalı şəxslər onlara hücum edib: “Onlardan biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam. Onlar əlimdə olan telefonu da aldılar. Sonra Vidadini apardılar”.

Şahidin ifadəsinə arayış verən Mirəziz Əsgərov bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilib: “Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur”.

Proses mayın 17-də davam edəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR