SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

GENERALLA NAZİRİN SİQARƏT SÖHBƏTİ - “150 min manata razılaşdıq”

5-05-2017, 10:55 | Oxunub: 8 703 |

GENERALLA NAZİRİN SİQARƏT SÖHBƏTİ - “150 min manata razılaşdıq”
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məhkəmədə zərərçəkmişkər ifadə verib. Bakı Hərbi Məhkəməsində, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sahibkar Sahib Qurbanov bildirib ki, MTN-də hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar.

Onun sözlərinə görə, Zaur Əzimov və Amil Yusifov adlı şəxslərlə siqaret satışı ilə məşğul olublar. “2015-ci ilin yanvarında Amil Yusifov MTN-nin Xəzər rayon idarəsində saxlanılmışdı. Ona məxsus siqaretlər tutulmuşdu. Onun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin idarəyə getmişdim. Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşdüm. Həmin vaxt Heydər İslamov mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirdi və 40 min manat məbləğində pul tələb etdi. Mən də növbəti gün Heydər İslamova 40 min dollar verdim”- deyə zərərçəkmiş bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin təxminən fevral ayında MTN zabiti Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret məhsulları saxlanılaraq MTN-nin Binəqədi rayon idarəsinə aparılıb.

“Bundan sonra həmin idarənin Heydər Hacıyev adlı əməkdaşı zəng vuraraq məndə olan 60 qutu siqareti də qısa müddət ərzində MTN-nin Binəqədi rayon idarəsinə gətirməyimi istədi. Yoxsa həbs olunacağımı dedi. Bundan sonra özümdə olan siqaretlərdən 55 qutunu apararaq təhvil verdim”.

Sahib Qurbanov ifadəsində qeyd edib ki, MTN-nin Binəqədi rayon idarəsinin həyətində Heydər Hacıyev və Rafiq Səfərov adlı MTN zabitləri ilə görüşüb: “Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər Hacıyevə əlavə pul verə bilməyəcəyimizi dedik. Bununla bağlı Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. O, bu məsələni Eldar Mahmudovla görüşüb həll edəcəklərini dedi. Sonradan Vidadi Rzayev MTN-nin Binəqədi rayon idarəsinə getdi və Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmamasını Rafiq Səfərovla 150 min manata razılaşdıq”.

Sahib Qurbanov həmçinin ifadəsində əlavə edib ki, Heydər İslamovla da görüşüb və onunla pulu alması barədə söhbət edib.
Zərərçəkmişin sahibkarın sözlərinə görə, Heydər İslamovun əvvəllər ondan pul alması barədə də söhbət ediblər.

Sahibkar MTN zabiti ilə pul söhbətini videoya çəkdirdib: “Söhbət zamanı mənə Heydər İslamov 10 min manat verdi. Mən də həmin pulu işi aparan müstəntiqə verdim ki, əl-barmaq izi götürsünlər, əgər məndən vaxtı ilə pul almayıbsa, nəyə görə bu qədər pulu mənə verib”.

Sahib Qurbanov istintaqa verdiyi ifadəsində göstərib ki, MTN zabitləri Heydər İslamov və Rafiq Səfərovdan pulunu və siqaretlərini tələb edib: “Onlar da məndən aldıqları pulu və siqareti Eldar Mahmudovun qohumu Vüqar Mahmudova verdiklərini bildiriblər. Pulları və siqareti ondan tələb etməyini söylədilər. Mən də MTN-nin hospitalına getdim və orada Vüqar Mahmudovla görüşdüm. Görüş zamanı Vüqar Mahmudovun Rafiqlə Heydəri tanıdığını desə də, siqaretlərin və pulun alınmasından xəbərinin olmadığını bildirdi. Bu görüşdən bir neçə gün sonra Vüqar mənə zəng vurdu və dediklərimi araşdırdığını, onun bu məsələlərə aidiyyətinin olmadığını bildirdi”.

İstintaqda şahid qismində dindirilən MTN zabiti Heydər İslamov bildirib ki, 2015-ci ilin mart ayınadək MTN-nin Xəzər rayon idarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili, bölmə rəisi vəzifələrində işləyib.

O, daha sonra MTN-nin Binəqədi rayon şöbəsinə rəis müavini təyin edilib. Sahibkar Sahib Qurbanovu 2015-ci ilin noyabr ayından tanıdığını deyən MTN zabiti ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR