17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Elçin Quliyev bu əməliyyatı Eldar Mahmudovla razılaşdırıb” – DTX əməkdaşı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxslər arasında Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr xidmətin keçmiş əməkdaşı Rauf Sultanovun da adı var.
Rauf Sultanov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2009-cu ildən 2014-cü ilin dekabr ayınadək Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətində işləyib: “2011-ci ilin yay aylarında xidmətin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində işlədiyim müddətdə etibarnamə əsasında müxtəlif şəxslər üçün sənədləşmə işləri ilə məşğul olan Kamil Şükürov adlı şəxs şöbə rəisi Sabit Məmmədovun otağından çıxıb yanıma gəldi. O, otağımda stolun üzərinə pul qoydu. Bu zaman özlərini MTN əməkdaşları kimi təqdim edən 4-5 nəfər mülki geyimli şəxslər daxil oldu. Onlar çəkiliş aparmağa başladılar. Kamilin pulu hansı məqsədlə qoyduğunu bilmədim. MTN əməkdaşlarının mənə rüşvət aldığımı bildirdilər. Məni Kamil Şükürovla birlikdə MTN-ə İlqar Əliyevin otağına apardılar. Orada İlqar Əliyev məndən rəisim Sabit Məmmədovun Kamil Şükürovdan rüşvət istəməsi barədə izahat yazmağımı istədi, lakin mən imtina etdim. İzahat yazmayacağım təqdirdə həbs ediləcəyimlə hədələdilər. Sonra İlqar Əliyev baş idarə rəisi ilə görüşə getdi. Qayıtdıqdan sonra İlqar Əliyev bizə “gedin” dedi. Azad olmağım üçün MTN əməkdaşlarına pul verməmişəm. Sabit Məmmədovun da pul verməsi barədə məlumatının olmayıb”.
Həmin məsələ ilə bağlı ifadə verən təqsirləndirilən şəxs Elçin Quliyev bildirib ki, bu hadisəni və zərərçəkmiş şəxsi xatırlamır.
Bu epizod üzrə şahid qismində ifadə verən Fuad Fətəliyev bildirib ki, 2008-ci ildən 2013-cü ilə kimi MTN-də Antiterror Mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini deyən Fuad Fətəliyev qeyd edib ki, Kamil Şükürovla görüşüb. Həmin vaxt K. Şükürov Reyestr Xidmətinin Xəzər rayon İdarəsinin rəisi və müavininin rüşvət aldıqlarını deyib. O da bu haqda İlqar Əliyevə məruzə edib. Bundan sonra əməliyyat keçirdiklərini deyən şahid bildirib ki, hər hansı vətəndaşın və ya vəzifəli şəxsin MTN-ə dəvət edilməsi, buraxılması, əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün İlqar Əliyev Elçin Quliyevə məruzə edib: “Elçin Quliyev də öz növbəsində bu əməliyyatı sabiq nazir Eldar Mahmudovla razılaşdırıb”.
Şahid bildirib ki, sonradan həmin şəxslər MTN-dən buraxılıblar: “İlqar Əliyev Rauf Sultanov və Sabit Məmmədov üçün rəhbərlik səviyyəsində xahiş olunduğunu dedi. Mən də İlqar Əliyevin tapşırığına əsasən Rauf Sultanov və Sabit Məmmədovu MTN-in inzibati binasından yol saldım”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Emtv.az