SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Vidadi Zeynalovun məhkəmə prosesi baş tutmayıb - “Rabitə işi”ndə müəmma…

17-05-2017, 12:07 | Oxunub: 8 704 |

Vidadi Zeynalovun məhkəmə prosesi baş tutmayıb -  “Rabitə işi”ndə müəmma…
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi baş tutmayıb. Təqsirləndirilən şəxslər məhkəməyə gətirilsə də proses baş tutmayıb. Buna səbəb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkillərinin prosesə gəlməməsi olub.
Səhər saat 10:00-a təyin edilən məhkəmə Vidadi Zeynalovun 4 vəkilinin məhkəməyə gəlməməsi olib. Təqsirləndirilən şəxsin vəkili olmadığından proses saat 14:00-dək təxirə salınıb.
Günortadan sonra başlamalı olan məhkəmə prosesi yenə də təxirə salınıb. Səbəb yenə də V.Zeynalovun vəkillərinin prosesə gəlməməsi olub. Vidadi Zeynalov vəkillərindən xəbərinin olmadığını deyib.


Digər vəkillər isə buna etiraz ediblər. Təqsirləndirilənlərdən “Aztelekom”un sabiq rəhbəri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, əgər vəkillər gəlməyəcəksə, qabaqcadan xəbərdarlıq edilməlidir: “11 nəfər təqsirləndirilən şəxsi həbsxanadan gətiriblər, bütün vəkillər buradadır. Amma proses baş tutmur. Əgər məhkəməni uzatmaq istəyirlərsə, əvvəlcədən desinlər ki, nə qədər vaxt istəyirlər. Onsuz da içəridə yatan onların hüquqlarını müdafiə etdiyi şəxsdir. Biz başqa proses təyin edə, iş görə bilmirik”.

Hakim vəkillərlə əlaqə saxlanılması üçün məhkəməni saat 17:00-dək növbəti dəfə təxirə salıb.Bildirək ki, bugün Vidadi Zeynalov ötən prosesdə yarıda qalan ifadəsini davam etdirməli idi. O, 54 səhifəlik sərbəst ifadəsinin hələlik qısa bir hissəsini oxuyub.

Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR