18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Lənkəranskinin adamları Yunanıstanda toplandılar – Lotu Hikmətin qohumu “qanuni oğru” oldu
Türkiyədə qətlə yetirilən “kriminal general” Rövşən Lənkəranskinin adamları Yunanıstanda “sxodka” keçiriblər.
Dünən baş tutan yığıncaqda Lənkəranski klanına qarşı hazırda Azərbaycanda həbsdə olan Lotu Qulinin apardığı amansız mübarizə, onun artıq bütün sahələrə nəzarət etməsi müzakirə olunub. Qətlə yetirilən avtoritetə sadiq olan şəxslərin bundan sonrakı fəaliyyəti, onlara yönəlik hücumların qarşısının alınması barədə planlar cızılıb.
“Sxodka” da həmçinin Lənkəranskiyə yaxın olan 3 kriminal avtoritetə “qanuni oğru” adı veriblər. Taclandırılan şəxslər Vüsal, Ruslan və Məmmədqulu adlı kriminal avtoritetlərdir. Məlumata görə, Məmmədqulu məşhur “qanuni oğru” sabirabadlı Hikmədin qardaşı oğludur.
Qeyd edək ki, Lənkəranski qətlə yetirildikdən sonra onun tərəfdarlaına qarşı böyük müharibə başlayıb. Həmin klanın nəzarət etdiyi sahələr əllərindən alınır, Lotu Quliyə qarşı olan avtoritetlər əzilir. İndiyə qədər mediada bir neçə tanınmış avtoritetin dəhşətli işgəncələrə məruz qalması, hətta bir nəfərin qulağının kəsildiyi əks olunan videolar yayılıb.
Məlumata görə, Lənkəranskinin adamlarının əsas fəaliyyət göstərdiyi Rusiya, Ukrayna, Türkiyədə kriminal nəzarət tamamilə Qulinin adamlarına keçib.
Elə buna görə də, Lənkaranski tərəfdarları “sxodka”larını Yunanıstanda keçiriblər.
Emtv.az