18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Lənkəranskinin qətlində adı keçən "qanuni oğru"nun cinayət işi "yoxa çıxdı"
Rusiya İstintaq Komitəsinin baş istintaq idarəsi “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) istintaq materiallarının Moskvada yoxa çıxması haqda məlumat yayıb.
Emtv.az xəbər verir ki, cinayət işi materiallarında o, və adamlarının “Kristal”, “Golden pelas” kazinolarını ələ keçirməsi əks olunmuşdu. Bu barədə hüquq-mühafizə orqanlarına istinadən Rosbalt saytı məlumat yayıb.
İnformasiyaya görə, İstintaq Komitəsinin paytaxt şöbəsinin sədr müavini Denis Nikandrovun və idarənin mühafizə xidmətinin başçısı Mixail Maksimenkonun həbsindən sonra prokurorluq onların aidiyyəti olduğu digər işlərlə də maraqlanmağa başlayıb. Diqqəti çəkən materiallardan biri də 2015-ci ildə Kalaşovun kazinonu zəbt etməsi ilə bağlı dosye olub. Qeyd edək ki, bu hadisə qətllə nəticələnmişdi.
Lakin Nikandrovun qərarına əsasən materiallar gözlənilmədən Rusiya İK-nin baş idarəsindən Taqansk rayonunun istintaq orqanlarına göndərilərək, "itirilib". Tanqansk rayonunda aparılan axtarış zamanı materiallar aşkar edilməyib.
Xatırladaq ki, Nikandrov və Maksimenko külli məbləğdə rüşvət almaq ittihamı üzrə həbs olunmuşdular. Qeyri-rəsmi məlumata görə, onlar “Şakro Molodoy”dan pul alaraq “qanuni oğru”nun adamı Andrey Koçuykovu (“İtalyan” ləqəbli) azadlığa buraxmalı imişlər. Andrey Koçuykov 2015-ci ilin 14 dekabrında Moskvanın “Elements” restoranında baş verən atışmaya görə həbs olunmuşdu.
Qeyd edək ki, “Şakro Molodoy”un adı Rövşən Canıyev (Lənkəranski) qətlinin sifarişçiləri arasında səslənirdi.