18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İş adamları “Lotu Quli”yə qarşı birləşdi - Silahlı dəstələr yaradılır
KRİMİNAL AVTORİTETİN ADAMLARININ BAKIDAKI YAXINLARI MÜƏYYƏNLƏŞDİRİLİR
Hazırda Azərbaycanda həbsdə olan "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamlarının Ukraynada yaşayıb işləyən azərbaycanlı biznesmenləri incitdiyi, onları ağır "vergi”lərə məhkum etdiyi, bu pulları verməyənləri isə döydürdüyü, qaçırdığı barədə məlumat vermişdik.
Emtv.az xəbər verir ki, yerli mətbuata bu məsələlərlə bağlı yeni məlumatlar daxil olub. Ukraynada işləyən azərbaycanlılardan bakipost.az-a verilən məlumata görə, biznesmenlər mərhum kriminal avtoritet Rövşən Lənkəranski ilə aralarında olan davanın qisasını azərbaycanlı iş adamlarından almağa çalışan "Lotu Quli”yə qarşı tədbir görməyə başlayıb. Mənbəmiz bildirir ki, Ukraynada işləyən azərbaycanlılar Qulinin adamlarının özbaşınalıqlarından bezərək onlara adekvat cavab verməyə qərar veriblər. Belə ki, biznesmenlər avtoritetin adamlarının onlardan tələb etdiyi xəracın az bir hissəsini öz aralarında toplayaraq xüsusi dəstələr yaratmağa başlayıblar. Həmin dəstələr oradakı biznesmenlərin mühafizələrini təşkil edəcək və "Lotu Quli”nin adamlarının təhdidlərinə adekvat cavab verəcək.
Mənbə onu da əlavə edir ki, iş adamları artıq Bakıdakı əlaqələrindən istifadə edərək, "Lotu Quli”nin Ukraynada və Azərbaycandakı adamlarının yaxın ətraflarının da siyahısını hazırlayır. Məlumata görə, bu işlərdə onlara mərhum Lənkəranskinin Bakıdakı və Kiyevdəki adamları köməklik göstərir. Ukraynadakı silahlı mühafizəçiləri də azərbaycanlı iş adamlarına məhz Rövşənin yaxın adamları tövsiyə edib.
Biznesmenlərdən əldə etdiyimiz məlumatlardan belə görünür ki, bu qovğa hələ yenicə başlayır və "xərac davası" Ukraynada hələ çox azərbaycanlının qanını axıdacaq.